Mayın
20-də Bakı Dövlət Universitetində Binəqədi rayonunda
yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş
yanğın zamanı faciəli şəkildə həyatını itirən BDU-nun
ekologiya və torpaqşünaslıq fakültəsinin 3-cü kurs
tələbəsi Ülkər Eyvazovanın anım mərasimi keçirilib.
Universitetin rektoru Abel Məhərrəmov bu ağır hadisədən
bütün universitet kollektivinin sarsıldığını bildirib. O,
Ülkər Eyvazovanın tələbəlik dövründə qazandığı
uğurlardan və tələbələr arasındakı yüksək nüfuzundan
söhbət açıb. Qeyd edib ki, Ülkər Eyvazova qrup
nümayəndəsi və fəal ictimaiyyətçi tələbə kimi həmişə
seçilib, universitetin və fakültənin həyatında aktivlik
göstərib. Rektor onun və bütün vəfat edənlərin
ailələrinə səbr və Allahdan rəhmət diləyib.
Sonra fakültənin dekanı Nazim Şəmilov, BDU-nun kafedra
müdiri Cahangir Məmmədli, Ülkər Eyvazovanın tələbə
yoldaşları adından Xədicə Abbaslı çıxış ediblər.
Daha sonra universitet kollektivi Ülkər Eyvazovanın və
ailə üzvlərinin məzarını ziyarət edərək onlara Tanrıdan
rəhmət diləyiblər.
Mətbuat və informasiya şöbəsi |