Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanındakı
yanğın baş vermiş çoxmərtəbəli binada yaşayan ümumi
təhsil müəssisələri şagirdlərinin siyahısı Binəqədi
Rayon İcra Hakimiyyətində təşkil edilmiş qərargaha
təqdim olunub.
Bu siyahıda adı olan şagirdlər ailələri ilə birgə
müvəqqəti məskunlaşdıqları ünvana yaxın məktəblərdə
təhsillərini davam etdirəcəklər.
Qərargahda Təhsil Nazirliyini Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdir müavini Hüseyn Əsgərov təmsil edir.
Həmçinin, vətəndaşlar yanğın hadisəsi zamanı sıradan
çıxmış təhsil sənədlərini yenidən almaq üçün yaxınlıqda
səyyar fəaliyyət göstərən ASAN Xidmətə, yaradılmış
qərərgaha və ya birbaşa Təhsil Nazirliyinə müraciət edə
bilərlər. Əlavə məlumat almaq istəyən vətəndaşlar Təhsil
Nazirliyinin "Qaynar xətt" xidmətinə (146-1) zəng edə
bilərlər. |