Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq
Universitetinə qəbul olunub təhsili müəyyən səbəblərdən
yarımçıq qalmış şəxslərin arxivdə aşkar olunmuş
attestatlarının Təhsil Nazirliyi tərəfindən qaytarılması
prosesi davam edir.
Müvafiq siyahıda adı olan şəxslərdən 19 may 2015-ci il
tarixinə qədər Təhsil Nazirliyinin "Qaynar xətt"
xidmətinə (146-1) zəng edərək qeydiyyatdan keçmiş 221
nəfərdən 128-i sənədlərini geri alıb.
Qeyd edək ki, qeydiyyatdan keçmiş vətəndaşlar şəxsiyyəti
təsdiq edən sənədlə (digər şəxslər etibarnamə əsasında)
hər həftənin çərşənbə axşamı və çərşənbə günləri Təhsil
Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə müraciət
edərək, müvafiq sənədlərini geri ala bilərlər. |