2014-2015-ci tədris ili üzrə keçirilmiş məktəblilərin
Respublika fənn olimpiadalarının başa çatdığını nəzərə
alaraq, nəticələrin elan edilməsi və qaliblərinin
mükafatlandırılması məqsədilə "Azərbaycan Respublikası
Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 8.14-cü və
13.5-ci bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. 2014-2015-ci tədris ili üzrə Respublika fənn
olimpiadalarının nəticələri elan edilsin (əlavə olunur).
2. İnformasiya şöbəsi (E.Əliyev) əmrin çoxaldılıb
yerlərə göndərilməsini, "Azərbaycan müəllimi" qəzetində
və Nazirliyin "Təhsil xəbərləri" məcmuəsində dərc
olunmasını təmin etsin.
3. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova
həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
15 may 2015-ci il
Əlavə:
2014-2015-ci tədris ili üzrə
Respublika fənn olimpiadalarında mükafat yerlərinə layiq
görülmüş şagirdlərin siyahısı |