Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasında tibb təhsilinin təkmilləşdirilməsi və dünyanın nüfuzlu ali tibb məktəbləri ilə əlaqələrin genişləndirilməsi, eləcə də Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasının tibb təhsili müəssisələrində oxumaq istəyi respublikada tanınmış bir universitetin filialının yaradılması zərurətini meydana çıxarmışdır.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti rəhbərliyinin Bakı şəhərində universitetin filialının yaradılması ilə bağlı təklifini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq  

QƏRARA ALIRAM: 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması və onun maddi-texniki bazasının təşkili ilə bağlı məsələləri həll etsin;

1.2. 2015/2016-cı tədris ilindən başlayaraq İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətini təmin etmək məqsədi ilə dövlət sifarişi əsasında tələbə qəbulu planı üzrə yerlərin ayrılması ilə bağlı zəruri tədbirləri həyata keçirsin;

1.3. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 may 2015-ci il

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov