Məktəbin birinci siniflərinə görmə qabiliyyəti 0,05-dən
0,3-ə qədər və ondan yuxarı olan, habelə görmə
qabiliyyətini itirmiş 7- 10 yaşlı uşaqlar qəbul
olunurlar.
Məktəb həmçinin ümumi təhsil məktəblərində oxuduğu
müddətdə görmə qabiliyyəti zəifləmiş uşaqları da müvafiq
siniflərə qəbul edir.
Məktəbdə şagirdlərə ümumi təhsillə yanaşı, musiqi və
peşə ixtisasları da verilir.
Məktəb tam müasir avadanlıqlarla təmin olunmuş, müasir
tələblərə cavab verən hər növ musiqi alətləri
şagirdlərin istifadəsinə verilmişdir.
Şagirdlər tam dövlət hesabına yataqxana, paltar və 4
dəfə yeməklə təmin olunur.
Bundan əlavə ayda hər uşağa 20 manat müalicə üçün pul
verilir.
Məktəbin Azərbaycan və rus bölmələri var.
Məktəbə daxil olmaq istəyənlər aşağıdakı sənədləri
təqdim etməlidirlər:
- Direktorun adına ərizə;
- Uşağın fərdi vərəqəsi ( tibbi sənəd
);
- Yaş kağızının əsli və surətinin
notariat təsdiqi;
- Görmə qabiliyyətinə dair arayış və
göz institutundan tibbi rəy;
- 2 foto şəkil 3x4;
- Valideynin iş yerindən və yaşayış
yerindən arayış;
- Ailə tərkibi haqqında arayış;
- Uşaq məktəbəhazırlıq mərhələsindən
keçdiyi haqda arayış;
- Valideynlərin şəxsiyyət vəsiqəsinin
surəti və notariat təsdiqi.
Ərizələr sentyabrın 10-dək qəbul olunur. Dərslər
sentyabrın 15-dən başlanır.
Məktəbin ünvanı:
Bakı şəhəri,
Fətəli xan Xoyski prospekti, 77.
Telefonlar:
564-25-27 564-72-61.
Məktəbə 26, 6, 67, 25, 69, 38, 10 nömrəli avtobuslarla
və metronun "Gənclik" stansiyasından gəlmək olar.
DİREKTORLUQ |