Kənd
Təsərrüfatı Nazirliyi, "Aqrolizinq" ASC və Azərbaycan
Dövlət Aqrar Universiteti (ADAU) ulu öndər Heydər
Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar
"Zaman bacarıqlı gənc mütəxəssislər tələb edir" adlı
əmək yarmarkası keçirib. Universitetdən redaksiyamıza
daxil olan məlumatda qeyd edilir ki, yarmarkada
ayrı-ayrı idarə və müəssisələr iştirak edərək öz
vakansiyalarını təklif ediblər. Ümumilikdə, "Kənd
təsərrüfatı ili" çərçivəsində keçirilən yarmarkaya 16
müəssisə tərəfindən müxtəlif ixtisaslar, o cümlədən
baytar həkimi, zoomühəndis, aqronom, mühəndis-mexanik,
qida texnoloqu və digər ixtisaslar üzrə 106 iş yeri
çıxarılıb.
Açılış mərasimində Azərbaycan Dövlət Aqrar
Universitetinin rektoru İbrahim Cəfərov, kənd
təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov çıxış
edərək aqrar sahənin ixtisaslı kadrlarla təminatında
belə yarmarkaların əhəmiyyətindən danışıblar.
Yarmarkada ADAU-nun 50-dən çox məzunu işlə təmin
olunub.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"
sh.cafarov@muallim.edu.az |