Lənkəran
Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Hacı
Etibar Əhədov redaksiyamıza göndərdiyi məlumatda
bildirib ki, universitetdə "Gənclərin fövqəladə hallara
hazır olması, fövqəladə halların qarşısının alınması və
nəticələrinin aradan qaldırılmasında əsas faktorlardan
biri kimi" mövzusunda elmi-praktik konfrans keçirilib.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi ilə
birgə keçirilən konfransı universitetin elmi işlər üzrə
prorektoru Ramiz Şammədov açaraq tədbirin məqsəd və
vəzifələrindən danışıb.
Fövqəladə hallar xilasetmə və mülki müdafiə idarəsinin
mülki müdafiə işinin təşkili şöbəsinin rəisi-idarə
rəisinin müavini, baş leytenant Renad Nuriyev "Fərdi
mühafizə vasitələri haqqında ümumi anlayış və onlardan
istifadə qaydaları" və "112 qaynar xətti ilə hansı
hallarda əlaqə saxlamaq lazımdır?" mövzularında,
ictimaiyyətlə əlaqə və təbliğat sektorunun müdiri Zaur
Hüseynov "Meşə gəzintisi zamanı təhlükəsizlik
tədbirləri", ərazi orqanları ilə iş şöbəsinin baş
zabiti, daxili xidmət mayoru İzzət İbadov "2015-ci ilin
yay mövsümündə regionun ərazisində yerləşən su
hövzələrində baş verə biləcək suda boğulma hadisələrinin
qarşısının alınması və sularda insanların
təhlükəsizliyinin təmin edilməsi", "Yanğının başvermə
amilləri, ona qarşı mübarizə tədbirləri, idarə və
müəssisələrin təxliyyə planlarının hazırlanması"
mövzularında məruzə ediblər.
Sonda "Dəm qazından zəhərlənmə hallarının yaranma
səbəbləri"nə dair videoçarx nümayiş olunub, müxtəlif
mövzularda hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq
vərəqələri tədbir iştirakçılarına paylanılıb. Konfransın
gedişində xüsusi xilasetmə alət və avadanlıqları əyani
şəkildə nümayiş olunub. |