Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 92-ci ildönümü Tərtərdə təntənəli bayram
tədbiri ilə qeyd edilib. Rayon təhsil şöbəsindən
aldığımız məlumatda bildirilib ki, Heydər Əliyev adına
parkda möhtəşəm Gül bayramı keçirilib. Sərgilənən gül
kompozisiyaları, tətbiqi sənət nümunələri, rəsm, plakat,
Azərbaycanın bayrağı, xəritəsi, Olimpiya məşəli, dövlət
atributları və digər əl işləri rayon sakinlərinin
marağına səbəb olub. İdarə və müəssisələrin, ümumtəhsil
məktəblərinin hazırladıqları əl işlərində 50 mindən
artıq güldən istifadə edilib. Gül bayramı hər kəsdə açıq
havada düzəldilmiş əsrarəngiz muzey təəssüratı yaradıb.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov
tərtərliləri Gül bayramı münasibətilə təbrik edib.
Bildirib ki, şərəfli ömrünü Azərbaycan xalqının
xoşbəxtliyi və firavanlığına, canından əziz bildiyi
Vətəninin çiçəklənməsinə həsr edən Heydər Əliyevin əziz
xatirəsi qədirbilən xalqımız tərəfindən həmişə uca
tutulur. Biz hər il öz xilaskarımız və müstəqil
dövlətimizin qurucusunun doğum gününü gözəl bayramla
qeyd edir və ulu öndərə dərin ehtiramımızı göstəririk.
Bu bayram Heydər Əliyev şəxsiyyətinə və dühasına xalq
məhəbbətinin və minnətdarlığının böyük təntənəsidir.
Sonra ulu öndərin anadan olmasının 92-ci ildönümü
münasibətilə rayonun ümumtəhsil məktəblərinin yuxarı
sinif şagirdləri arasında keçirilən inşa-yazı
müsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr
təqdim edilib. |