Bakıdakı
108 nömrəli tam orta məktəbin şagirdləri Sabunçu
rayonunda keçirilən Gül bayramında fəal iştirak etdilər.
Şagirdlər ulu öndərə həsr olunan şeirlər söylədilər.
Tədbirdə Sabunçu rayon məktəblilərinin əl işlərindən
ibarət sərgi nümayiş etdirildi. Məktəbin direktoru
Narınc Mehdiyeva, tərbiyə işləri üzrə direktor müavini
Rəhilə Hüseynova, rəsm müəllimi Aybəniz Pənahovanın
rəhbərliyi ilə uşaqların hazırladıqları maraqlı gül
nümunələri, şagirdlərin köynəklərində, sifətlərində
təsvir olunmuş Bakıda keçiriləcək birinci Avropa
Oyunlarının simvolları tədbirə rövnəq qatdı.
Samirə DADAŞOVA,
Bakıdakı C.Nurməmmədov adına
108 nömrəli tam orta məktəbin müəllimi |