Bakı şəhəri E.Yəhyayev adına 56 nömrəli tam orta
məktəbdə mütaliə mədəniyyətinin formalaşmasına dair
"Hər bir insanın dünyagörüşünün formalaşmasında
mütaliənin olması vacibdir" adlı tədbir
keçirilib.Tədbirdə məktəb direktorları, nəşriyyat
işçiləri və digər qonaqlar iştirak ediblər.
Məktəbin direktoru Hicran Qarabəyli "Ümumtəhsil məktəb
şagirdlərinin mütaliə mədəniyyətinin formalaşması ilə
bağlı tədbirlər barədə" təhsil nazirinin müvafiq
əmrinin icrası ilə əlaqədar son vaxtlar məktəbdə həyata
keçirilən tədbirlər haqqında danışıb. Sonra şagirdlər
oxuduqları əsərlərin təqdimatını ediblər. Onlar şeir
söyləyib, mahnı oxuyub və ədəbi kompozisiya nümayiş
etdiriblər.
Daha sonra tədbir "dəyirmi masa"da davam edib. Burada
C.Cabbarlının, S.Vurğunun, Ə.Haqverdiyevin, Anarın və
digər tanınmış şair və yazıçıların əsərlərindən söz
açılıb.
Tədbir diskussiya şəklində başa çatıb.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |