Xuraman ŞABANİ,
Bakı şəhər 6 nömrəli məktəb-liseyin ibtidai sinif
müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi
III SİNİF
RİYAZİYYAT FƏNNİ
Mövzu:
Kütlənin ölçülməsi
Standart:
4.2.2. Kəmiyyətin vahidləri arasındakı əlaqələrdən
hesablamalarda istifadə edir.
4.2.3. Ölçmənin dəqiqliyini aparmaq üçün daha kiçik
vahidlərdən istifadə edir.
2.3.2. Kəmiyyətlər arasında əlaqəni daha asanlıqla başa
düşdüyünü ifadə edir.
Məqsəd:
- kütlənin ölçü vahidlərini tanıyır;
- kütlə ölçü vahidlərinin qarşılıqlı əlaqəsindən
hesablamalarda istifadə edir;
- sadə hallara uyğun əşyaların kütlələrini təxmin edir.
İnteqrasiya:
Ana dili:
1.2. - Şagird şifahi nitq bacarığına malik olduğunu
nümayiş etdirir.
Həyat bilgisi:
2.2.3. - Verilmiş şərtlərə uyğun ailə büdcəsi tərtib
edir.
Təsviri incəsənət:
2.2.2
Təlim forması:
Böyük və kiçik qruplarla iş.
Təlim üsulu:
Beyin həmləsi, müzakirə, şaxələndirmə, təqdimat.
Resurslar:
Dərslik, iş dəftəri, iş vərəqləri.
Dərsin gedişi:
Motivasiya, problemin qoyuluşu.
Salamlaşma. Ötən dərsin qısa sual-cavabla təkrarı.
Motivasiya yaratmaq üçün aşağıdakı slaydı nümayiş
etdirirəm.
Şagirdlərlə slayddakı hər bir şəkil haqqında sorğu
aparıram. Məsələn,
Sual: - Sağdan birinci nə şəklidir?
Cavab: - Xoruz (toyuq).
Sual: - Bəs ikinci nə şəklidir?
Cavab: - Fil.
Sual: - Bu iki heyvandan hansı böyükdür (ağırdır)?
Cavab: - Fil.
Beləcə bütün şəkillər üzrə müqayisəli sual-cavab
apardıqdan sonra şagirdlər əllərində yoxlamaq üçün iki
əşyanı tutub onların ağır-yüngüllükləri ilə bağlı fikir
yürüdürlər: hansı ağırdır, hansı yüngüldür? Əlavə
suallar verirəm:
- Əşyanın materialının onun kütləsinə təsiri varmı?
- İki kisədən biri yun, digəri qumla doludur. Hansı daha
ağırdır?
İki təyyarə modeli göstərirəm. Biri kağızdan, digəri isə
dəmirdən hazırlanmışdır. Sual verirəm:
- Hansı daha ağır olar: kağızdan hazırlanmış, yoxsa
dəmirdən hazırlanmış?
- Bir çantada 3, digərində isə 8 eyni kitab var. Hansı
çanta ağırdır?
Şagirdlərə aşağıdakı sualları verməklə şaxələnmə
aparıram:
- Hansı ölçü vahidlərini tanıyırsınız?
- Kütlə vahidləri hansılardır?
- Ən kiçik və ən böyük kütlə vahidi hansıdır?
- Biz hansı uzunluq ölçü vahidlərindən istifadə
edirik?
- Standart ölçü vahidləri hansılardır?
- 1 dm, 3 dm 5 sm neçə sm-dir?
- 1 m neçə sm-dir?
- 1sm neçə mm-dir? və s.
- Ən kiçik və ən böyük uzunluq ölçü vahidi
hansıdır?
- Şərti ölçü vahidlərini kim sadalayar?
- Biz nə zaman şərti ölçü vahidlərindən istifadə
edirik?
- Biz bu ölçü vahidlərini başqa necə adlandıra
bilərik?
- Kəmiyyətlər haqqında hansı məlumatları
toplamısınız?
Şagirdlərin cavabları:
- Kəmiyyət alınma sözdür.
- Ölçü sistemi ilk dəfə Fransada yaranıb.
- Metr yunanca ölçü deməkdir.
- Əsas ölçü vahidi metrdir.
- Metr sözünün əvvəlinə ön şəkilçilər artırmaqla
metrdən böyük və kiçik ölçü vahidləri yaratmaq
olur.
Yardımçı sual:
- Əşyanın kütləsi nə vaxt artır?
Tədqiqat sualı:
Deyilənləri ümumiləşdirərək tədqiqat sualını bu cür
qoyuram: Kütlə necə ölçülür? Kütlə ölçü vahidləri
hansılardır? Çəki vahidlərini bilmək bizə nə üçün bu
qədər vacibdir?
Tədqiqatın aparılması:
Şagirdləri üç qrupa bölürəm. Qruplara tapşırıq yazılmış
iş vərəqləri verirəm. Qruplar liderlərini seçirlər.
Sonra şagirdlərin müstəqil işləri təşkil olunur.
İnformasiya
mübadiləsi:
Hər qrup öz işini təqdim edir. Qrupların işləri
lövhədən asılır.
İnformasiyanın müzakirəsi:
Qrupların təqdimatı başa çatdıqdan sonra şagirdlərə
sual verirəm:
1. Kütlə nədir?
2. 1 kq neçə qramdır?
3. Böyükdən kiçiyə kütlə vahidlərini söyləyin.
4. Hansı kütlə bir pomidora uyğun ola bilər: 5 kq, 50
kq, 50 q?
5. Aşağıdakı kütlələrin hansı uyğundur?
Sonra şagirdlərin mümkün cavabları dinlənilir.
Test tapşırıqları vasitəsilə mövzunu daha da
möhkəmləndirirəm.
Nəticə və ümumiləşdirmə:
Şagirdlərin cavablarından ümumi nəticəyə gəlinir ki,
əşyaların kütlələri tərəzi vasitəsilə ölçülür.
Əşyaların kütləsini ölçmək üçün çəki vahidlərini bilmək
lazımdır.
Sonra dərslikdəki çalışmalar yerinə yetirilir (səh.90).
Ev tapşırığı:
Səh.90, məsələ ¹ 3.
İş dəftəri səh.86, misal ¹1- 5.
Qiymətləndirmə:
Qiymətləndirməni təqdim olunan meyar cədvəli əsasında
aparıram. Bu zaman aşağıdakı bacarıqlar əsas götürülür:
|