Mayın
7-dən 10-dək ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) 70-ə
yaxın ölkənin və Amerikanın 48 ştatının iştirakı ilə
Beynəlxalq Davamlı Dünya (Enerji, Mühəndislik və Ətraf
Mühit) layihə olimpiadası keçirilib. Bakı Avropa
Liseyinin şagirdləri Fərrux Rəhmətzadə, Ayan Hacıbəyli
və Fuad Abdulzadənin "Nanohissəciklərin bitkilərdə
sorulması, hərəkəti və toplanması:
nanofitotoksikologiya" mövzusunda elmi layihəsi
"Ətraf mühitin idarə edilməsi və çirklənmə" üzrə
olimpiadaya təqdim olunmuş 427 layihə arasında qalib
gələrək qızıl medala layiq görülüb.
Qaliblər Azərbaycan bayrağını intellektual yarışmada
yüksəkliyə qaldırıblar.
Qeyd edək ki, bu layihə Bakı Avropa Liseyinin biologiya
müəllimi Olqa Hümbətovanın iştirakı, Bakı Dövlət
Universitetinin nanoaraşdırmalar laboratoriyasının
professoru Məhəmmədəli Ramazanov, eləcə də dosent İsmət
Əhmədovun rəhbərliyi və dəstəyi ilə yerinə yetirilib.
|