Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən
idman məktəblərindən I Avropa Oyunlarında
iştirak edəcək idmançılar
ALEKSANDRA YEVGENİYEVNA BİRYUKOVA
1993-cü
il noyabrın 18-də Bakı şəhərində anadan olub.
Orta təhsillidir. 2008-ci ildən atletika ilə
məşğul olur. Bakı şəhər 5 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Atletika Məktəbində məşqçi-müəllim
Ziyad Xəlfəyevin rəhbərliyi altında atletikanın
hündürlüyə tullanma növü üzrə məşq edir. Ötən il
atletika üzrə Azərbaycan çempionatında iştirak
edərək hündürlüyə tullanma üzrə 1,70 m nəticə
göstərib və I yeri tutub. Azərbaycan Kuboku
yarışlarında da 1,63 m nəticə ilə I olub.
2014-cü il fevralın 17-də Gürcüstanda keçirilən
Qafqaz Kuboku yarışlarında 1,63 m nəticə ilə I
yerə çıxıb. |
|
EYYUB AKİF OĞLU BAYRAMOV
1992-ci
il yanvarın 17-də Bakı şəhərində anadan olub.
Azərbaycan Texniki Universitetini bitirib.
2007-ci ildən atletika ilə məşğul olur. Bakı
şəhər 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbində
məşqçi Aqil Paşayevin rəhbərliyi altında
atletikanın hündürlüyə tullanma növü üzrə məşq
edir. Atletika üzrə Azərbaycan çempionatında və
açıq Gürcüstan çempionatında iştirak edib.
Azərbaycan çempionatında hündürlüyə tullanma
üzrə 2,12 m, Gürcüstan çempionatında isə 2,10 m
nəticə göstərib. |
|
KAMRAN XEYRƏDDİN OĞLU ƏSGƏROV
1993-cü
il martın 21-də Bakı şəhərində anadan olub. Orta
təhsillidir. 2009-cu ildən idmanın atletika növü
ilə (əsasən sprint estafet qaçışı) məşğul olur.
Hazırda Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika
Məktəbində məşqçi-müəllim Valentin Buliçevin
rəhbərliyi altında məşq edir. Atletika üzrə
Avropa Kubokunun mükafatçısıdır. Həmin turnirdə
4x100 m estafet qaçışında III yerə çıxıb.
Atletika üzrə Azərbaycan çempionatında 100 m -
200 m qaçışda I yeri tutub. |
|
YEKATERİNA ANDREYEVNA SARIYEVA
1995-ci
il dekabrın 18-də Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının təkmübarizlik fakültəsinin
bakalavriat səviyyəsi üzrə II kursunda təhsil
alır. 2009-cu ildən atletika ilə məşğuldur. Üç
təkanla uzunluğa tullanma növündə ixtisaslaşıb.
Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbində
məşqçi-müəllim Nazim İsrafilovun rəhbərliyi
altında məşq edir. İslam Oyunlarının qızıl,
Avropa turnirinin gümüş mükafatçısıdır. Hər iki
mükafatı üç təkanla tullanma üzrə alıb.
|
|
YEKATERİNA ALEKSANDROVNA SOKOLOVA
1993-cü
il sentyabrın 9-da Bakı şəhərində anadan olub.
Orta təhsillidir. 2008-ci ildən idmanın atletika
növü ilə məşğuldur. Sprint (60 m, 100 m) qaçışı
üzrə ixtisaslaşıb. Bakı şəhər 5 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Atletika Məktəbində məşqçi-müəllim
Elvin Əliyevin rəhbərliyi altında məşğul olur.
Bu il fevralın 13-14 tarixlərində keçirilən
Azərbaycan çempionatında 60 metr qaçışda 8,91
san. nəticə göstərib. Fevralın 21-də İstanbulda
keçirilən Balkan Oyunlarında isə 60 m məsafəni
8,83 saniyəyə qaçıb. |
|
ALYONA VİTALYEVNA SETİNA
1993-cü
il martın 5-də Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının təkmübarizlik fakültəsinin
bakalavriat səviyyəsi üzrə IV kursunda təhsil
alır. 2007-ci ildən atletika ilə məşğul olur.
Sprint qaçışı (60, 100 və 200 m) üzrə
ixtisaslaşıb. Bakı şəhər 5 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Atletika Məktəbində məşqçi-müəllim
L.Əliyevanın rəhbərliyi altında məşğul olur.
Atletika üzrə Azərbaycan çempionatında 60 m
qaçışda 7,92 san. nəticə göstərib. Bakı
çempionatında isə 200 m məsafəyə qaçışda
nəticəsi 25,62 san. olub. |
|
İSMAYIL MİKAYIL OĞLU ƏLİYEV
1993-cü
il fevralın 26-da Balakən rayonunda anadan olub.
Orta təhsillidir. 2013-cü ildən atletika ilə
məşğul olur. Bakı şəhər 5 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Atletika Məktəbində məşqçi-müəllim
Oktay Şahtaxtinskinin rəhbərliyi altında
atletikanın yadro itələmə növü üzrə ustalığını
artırır. Atletika üzrə Azərbaycan çempionatında
yadronu 11 m 77 sm itələyərək II yerə çıxıb.
Azərbaycan Kuboku uğrunda yarışda isə 11 m 94 sm
nəticə ilə III yeri tutub. Təmsil etdiyi idman
növü üzrə beynəlxalq yarışlara da qatılır.
|
|
NƏRMİN NAZİM QIZI RAMAZANOVA
1999-cu
il yanvarın 15-də Xırdalan şəhərində anadan
olub. Hazırda Xırdalan şəhər 3 nömrəli tam orta
məktəbdə təhsil alır. VIII sinif şagirdidir.
İdmanın akrobatika gimnastikası növü ilə məşğul
olur. Təhsil Nazirliyinin İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika
Məktəbində məşqçi-müəllim İradə Qurbanovanın
rəhbərliyi altında ustalığını artırır.
Akrobatika gimnastikası üzrə respublika
çempionatında qadın qrupunda I yeri tutub.
Belarusun paytaxtı Minsk şəhərində keçirilən
beynəlxalq turnirdə III yerə sahiblənib, Avropa
çempionatında isə V nəticə göstərib.
|
|
ELNARƏ RASİM QIZI ƏLİƏSGƏROVA
1990-cı
il martın 3-də Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin IV
kursunda təhsil alır. 2013-cü ildən yadro
itələmə ilə "Təhsil" Respublika İdman
Mərkəzinin 1 nömrəli Respublika
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər İdman Məktəbində məşqçi Soltan
Babayevin rəhbərliyi altında məşğul olur.
Atletikanın yadro itələmə növü üzrə 2 qat
Azərbaycan çempionudur. Beynəlxalq yarışlarda
ən yaxşı nəticəsini 2014-cü ildə Tbilisidə
komandalar arasında keçirilən Avropa
çempionatında (VI yer) qazanıb. |
|
AMİL FAMİL OĞLU QASIMOV
1986-cı
il fevralın 8-də Gəncə şəhərində anadan olub.
2007-ci ildə Gəncə Dövlət Universitetinin fiziki
tərbiyə və gənclərin çağrışaqədərki hazırlığı
fakültəsini bitirib. 1995-ci ildən idmanın sambo
növü ilə məşğul olur. Gəncə şəhər 1 nömrəli
Uşaq-Gənclər İdman Məktəbində məşqçi-müəllim,
əməkdar məşqçi Əli Hacıyevin rəhbərliyi altında
məşq edir. Dəfələrlə Azərbaycan çempionu olub.
2014-cü ildə kişilər arasında Avropa və dünya
çempionu adını qazanıb. 2015-ci ildə Moskvada
keçirilən beynəlxalq turnirdə I yeri tutub. |
|
RÜFAT NAZİM QIZI QULİYEVA
1989-cu
il iyulun 27-də Qazaxıstan Respublikasının
Çimkənt vilayətində anadan olub. 2001-ci ildən
idmanın stolüstü tennis növü ilə məşğul olur.
2007-ci ildə idman ustası normativini ödəyib.
2008-ci ildə Sankt-Peterburqda keçirilən Avropa
çempionatında III yeri tutub. 2014-cü ildə Bakı
şəhər çempionatında I, Azərbaycan çempionatında
II, Azərbaycan Kuboku yarışlarında III yerə
çıxıb. Həmin il Portuqaliyada Avropa
çempionatında iştirak edib. Bu il Azərbaycanda
keçirilən "Tor-16" turnirində I, Tehranda baş
tutan 4-cü Fajr Cup qoşa yarışlarında III nəticə
göstərib.
2013-cü il martın 1-dən Bakı şəhər 7 nömrəli
İOEUG Tennis İdman Məktəbində məşqçi-müəllim
işləyir. |
|
RAMİL NƏRİMAN OĞLU CƏFƏROV
1982-ci
il avqustun 11-də Ermənistanın Quqark şəhərində
anadan olub. 2003-cü ildə Azərbaycan Dövlət
Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
1992-ci ildən idmanın stolüstü tennis növü ilə
məşğul olur. 1999-cu ildə idman ustası
normativini yerinə yetirib.
1996-cı ildə ilk dəfə gənclər arasında
Slovakiyada keçirilən Avropa birinciliyində
iştirak edib. İranda, Türkiyədə, Rusiyada
keçirilən beynəlxalq turnirlərdə mükafatçılar
sırasında olub. Dəfələrlə Azərbaycan çempionu
olub, Azərbaycan Kuboku yarışlarında I yerə
çıxıb. Dünya və Avropa çempionatlarında iştirak
edib.
Hazırda Bakı şəhər 7 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Tennis İdman
Məktəbində məşqçi-müəllim işləyir. |