Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2015 - №17

 

İnstitutda III Respublika elmi-praktik konfransı keçirilib

 

Böyütmək üçün seçinMayın 14-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Heydər Əliyev və Azərbaycanın intellektual potensialının inkişaf dinamikası" mövzusunda III Respublika elmi-praktik konfransı keçirildi. Konfransda institutun professor-müəllim heyəti, Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin İdarə Heyətinin üzvləri, təhsil ictimaiyyətinin və KİV nümayəndələri iştirak edirdilər. Heydər Əliyev muzey-lektoriyasında təşkil olunmuş konfransda institutun rektoru, Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədri, professor Asəf Zamanov "Heydər Əliyev və Azərbaycan elmi" mövzusunda geniş məruzə etdi. Rektor bildirdi ki, məhz Heydər Əliyevin müdrik siyasəti nəticəsində qüdrətli müstəqil Azərbaycan dövləti yaradılmışdır. İmzası imzalar içində olan müstəqil dövlətimiz hazırda özünün ən uğurlu dövrünü yaşayır. Azərbaycanın ən yeni tarixinin hər bir məqamı ümummilli lider Heydər Əliyevin adı, həyatı və siyasi fəaliyyəti ilə sıx bağlıdır. İllər ötdükcə biz bu həqiqəti daha dərindən dərk edirik. Bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.

Konfransda millət vəkili, AMEA-nın müxbir üzvü, BDU-nun kafedra müdiri, professor Bəxtiyar Əliyev  "Azərbaycan təhsil sisteminin inkişafında Heydər Əliyevin rolu", Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini, dosent  Şaiq Əsgərov "Heydər Əliyevin təhsil siyasəti və onun dinamik inkişafı", vergilər nazirinin müşaviri, AMEA-nın müxbir üzvü, professor Akif Musayev "İnnovasiya iqtisadiyyatı və insan resursları", Yeni Azərbaycan Partiyası Binəqədi  rayon təşkilatının sədri Ramiz Göyüşov  "İntellektual potensial və Azərbaycan dövlətçiliyi", İrəvan  Dövlət Azərbaycan  Dram  Teatrının  direktoru İftixar Piriyev "Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına Heydər Əliyev qayğısı", BPKİYİ-nin kafedra müdiri  Aydın Paşayev "Heydər Əliyev və Azərbaycan dilçiliyinin inkişafı" mövzularında məruzə etdilər.

Digər çıxış edənlər də Heydər Əliyev irsinin Azərbaycan xalqı üçün böyük məktəb olduğunu vurğuladılar.  

Sevinc QULİYEVA,
BPKİYİ-nin Mətbuat katibi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov