Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2015 - №17

 

Təhsil Problemləri İnstitutunda Milli  təhsil standartlarının hazırlanmasına başlanılıb

 

Böyütmək üçün seçinTəhsil Problemləri İnstitutunda (TPİ) "Ümumi  təhsilin milli standartlarının yaradılması: tarixilik və müasirlik müstəvisində" mövzusunda tədbir keçirildi. TPİ-nin direktoru Qulu Novruzov öncə iştirakçıları salamlayaraq bugünkü tədbirin əsas məqsədinin Azərbaycan Respublikasında aparılan təhsil islahatlarından irəli gələn mühüm bir məsələnin həlli ilə bağlı olduğunu bildirdi. Qeyd olundu ki, ölkəmizdə 1999-cu ildən başlamış təhsil islahatlarının 2013-cü ilə qədərki mərhələsi artıq başa çatıb. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq, Azərbaycan Prezidentinin 24 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" qəbul olunub. Bu strategiyanın həyata keçirilməsi məqsədilə Fəaliyyət Planı təsdiq olunub. Q.Novruzov çıxışında qeyd etdi ki, artıq həmin Fəaliyyat Planının yerinə yetirilməsi istiqamətində tədbirlər görülür. Bu tədbirlər Təhsil Nazirliyinin hazırladığı  və təsdiq etdiyi Tədbirlər Planı əsasında  həyata keçirilir. Həmin sənəddə 2015-ci ildə görüləcək işlər icra vaxtı nəzərə alınmaqla göstərilmişdir.

Q.Novruzov ümumi təhsil pilləsi üzrə milli məzmun standartlarını hazırlayacaq işçi qrupu üzvləri ilə yanaşı, fənlər üzrə işçi qrupunun nümayəndələrinə  ümumi təhsilin milli məzmun standartlarının hazırlanması məqsədilə rəy və təkliflərini də bildirdi.

TPİ-nin direktor müavini Ənvər Abbasov təqdimatla çıxış etdi. Ə.Abbasov "Təhsil standartlarının yaradılması", "Standart və kurikulum anlayışları", "Dövlət təhsil standartlarına verilən tələblər", "Təhsil sahəsində dövlət standartları", "Kurikulum anlayışı", "Dövlət Strategiyasında vəzifələr", "Dövlət Strategiyasında hədəflər", "Səriştəyə əsaslanan şəxsiyyətyönlü yeni məzmunun yaradılması", "Dövlət Strategiyasında "standart" və "kurikulum" anlayışlarına yeni münasibət" və s. məsələlər barədə geniş məlumat verdi. İnstitutun şöbə müdiri Bibixanım İbadova isə Azərbaycan Respublikasında 12 illik  ümumi  təhsilin milli  təhsil standartlarının hazırlanmasına  dair  işçi  qrupu ilə  keçiriləcək  təlim  kursunun proqramı ilə iştirakçıları tanış etdi.

Tədbirdə çıxışlar oldu, rəy və təkliflər ətrafında müzakirələr aparıldı.  

TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov