Mayın 14-də Sumqayıt Dövlət Universitetində Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 92-ci ildönümünə həsr olunmuş Magistrantların
XV Respublika elmi konfransı keçirildi.
Universitetin rektoru Elxan Hüseynov iştirakçıları
salamladı və konfransın işinə uğurlar arzuladı. Bildirdi
ki, ulu öndər Heydər Əliyev ölkənin və xalqın taleyində,
hərtərəfli tərəqqisində, uğurlar qazanılmasında təhsilin
xüsusi rolunu, əhəmiyyətini nəzərə almış, yüksək
qiymətləndirmişdir.
Rektor Elxan Hüseynov vurğuladı ki, bü gün ulu öndərin
siyasi kursunu inamla davam etdirən cənab Prezident
İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" bilavasitə ölkəmizdə
qabaqcıl texnologiyalara əsaslanan müasir təhsil
sisteminin yaradılması üçün başlıca istiqamətləri
müəyyənləşdirmişdir.
Rektor qeyd etdi ki, Təhsil Nazirliyinin xətti ilə XV
Magistrantların Respublika elmi konfransı hər il
Sumqayıt Dövlət Universitetində keçirilir. Builki
konfransa respublikamızın 13 ali təhsil müəssisəsindən
və AMEA-nın institutlarından 680-dən çox məruzə
materialları daxil olmuşdur.
Konfransda fəlsəfə və hüquq kafedrasının müdiri,
professor Həsən Sadıqov, plenar iclasda isə müxtəlif
universitetləri təmsil edən magistrantlar çıxış etdilər.
Mətbuat xidməti |