Mayın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində
(ADİU) "G20: Türkiyənin sədrliyinin prioritetləri və
Azərbaycanın yeni iqtisadi əməkdaşlıq imkanları"
mövzusunda elmi-praktik konfrans keçirilib. Türkiyənin
Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən
konfransda çıxış edən ADİU-nun rektoru Ədalət Muradov
qeyd edib ki, sammit həm regional, həm də beynəlxalq
problemlərin həlli üçün vacib tədbirdir.
Səfir İsmayıl Alper Coşqun ölkəmizin Türkiyə ilə
əlaqələrinin yüksək səviyyədə olmasından söz açıb.
Türkiyə Mərkəzi Bankının sədr müavini Mehmet Yörükoğlu
ölkəsinin pul-kredit siyasətinə diqqət çəkib.
Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi
Agentliyinin direktoru Razim Vəliyev çıxışında qeyd edib
ki, iqtisadi sahədə təklifləri dinləmək və geniş
spektrli fikir mübadiləsi aparmaq faydalı imkandır.
Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti Departamentinin
direktoru Azər Ələsgərov "Qlobal iqtisadi proseslər və
Azərbaycan iqtisadiyyatı" mövzusunda çıxış edib.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |