Mayın 15-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında Təhsil Nazirliyinin təşəbbüsü və dəstəyi ilə
Bakı şəhərində fəaliyyət göstərən uşaq yaradıcılıq
mərkəzlərinin bədii özfəaliyyət kollektivlərinin baxış
konserti keçirildı. Tədbirdə təhsil nazirinin müavini
Firudin Qurbanov iştirak edirdi.
Tədbirin aparıcıları öncə bir neçə gün əvvəl xalqımız
tərəfindən müasir Azərbaycan dövlətinin qurucusu,
ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci
ildönümünün, alman faşizmi üzərində qələbənin 70
illiyinin qeyd olunduğunu diqqətə çatdırdılar.
Azərbaycanın möhtəşəm bir tədbirə - I Avropa Oyunlarına
yüksək səviyyədə ev sahibliyi edəcəyi vurğulandı.
Sonra uşaqların asudə vaxtının səmərəli təşkilində
müstəsna rol oynayan məktəbdənkənar təhsil
müəssisələrinin, xüsusilə paytaxtda fəaliyyət göstərən
uşaq yaradıcılıq mərkəzlərinin bədii özfəaliyyət
kollektivləri öz istedad və bacarıqlarını nümayiş
etdirdilər.
Uşaqların ifasında "Heyratı" ritmik muğamı, "Sevinc",
"İgidlər", "Cücələrim", "Dostluq", "Yallı","Vağzalı" və
s. rəqslər məharətlə təqdim olundu. "Azərbaycan", "Söz
olmasaydı, "Torpağın səsi", "Əziz dost" mahnıları
səsləndi, "Yaşa Azərbaycan" rəqs kompozisiyası
tamaşaçılarda xoş ovqat yaratdı.
Konsert lirik notlarla başa çatdı.
Sonda Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin
təşkili şöbəsinin müdiri Vasif Məmmədov çıxış edərək
uşaqların təqdim etdikləri nömrələri yüksək
qiymətləndirdi.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |