Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2015 - №17

 

"Məktəblilər üçün muzey həftəsi - muzeylər və ekologiya" proqramının açılış mərasimi olub

 

Böyütmək üçün seçinMayın 12-də Azərbaycan Milli İncəsənət Muzeyində "Məktəblilər üçün muzey həftəsi - muzeylər və ekologiya" proqramının açılış mərasimi keçirilib.

Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri, ümumtəhsil məktəblərinin müəllimləri və şagirdləri iştirak ediblər.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, proqramın məqsədi məktəblilərin muzeylərin kolleksiya fondunun ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafik aspektləri ilə tanış edilməsidir. Müasir dövrdə məktəblilərin ekoloji tərbiyəsinə ehtiyac olduğunu bildirən nazir müavini belə tədbirlərin davamlı olacağını deyib.

Proqramı qonaqlara təqdim edən Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultanzadə bildirib ki, "Məktəblilər üçün muzey həftəsi - muzeylər və ekologiya" proqramı mayın 12-dən 18-dək Təhsil Nazirliyi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birgə həyata keçiriləcək. Proqram Bakı şəhərində fəaliyyət göstərən 15 muzeyi əhatə edəcək.

Məktəblilərin muzeylərin kolleksiya fondu ilə tanışlığı zamanı eko-etnoqrafik əlaqələrə xüsusi diqqət yetirilərək muzeylərin kolleksiya fondunda olan əsərlərdə insanla ətraf mühit arasında münasibətlər öyrəniləcək. Yeni proqram üçün Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin metodistləri tərəfindən xüsusi interaktiv marşrutlar təyin edilib və ekoloji mövzular seçilib.

Təqdimatdan sonra məktəblilər Azərbaycan Milli İncəsənət Muzeyindəki ekspozisiyalarla tanış olublar.

Xatırladaq ki, hər il mayın 18-i Beynəlxalq Muzey Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (İKOM) 2015-ci ilin həmin gününü "Muzeylər və cəmiyyətin davamlı inkişafı" mövzusuna həsr edib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov