"Bakı-2015"
I Avropa Oyunlarının proqramına daxil edilmiş idman
növlərinin məktəblilər arasında təbliğinə həsr olunan
kütləvi idman tədbirləri çərçivəsində Masallı rayonunda
növbəti zona yarışı keçirilib.
Masallı Olimpiya İdman Kompleksində keçirilən güləş üzrə
məktəblilərarası zona yarışında 6 rayonun komandası
birincilik uğrunda mübarizə aparıb. Sərbəst və
yunan-Roma güləş növü üzrə qalib adı uğrunda mübarizəyə
100 nəfərə yaxın idmançı qatılıb.
Komanda hesabında idmanın sərbəst güləş növü üzrə 1-ci
yeri Masallı, 2-ci yeri Lənkəran, 3-cü yeri Astara,
yunan-Roma güləş növü üzrə isə 1-ci yeri Lənkəran, 2-ci
yeri Masallı, 3-cü yeri Astara rayonunun komandaları
tutub.
Daha bir idman yarışı Masallı rayonunda yerləşən
Regional Taekvando Mərkəzində baş tutub. Burada Masallı,
Lənkəran, Astara, Yardımlı, Lerik, Cəlilabad və
Biləsuvar rayonunu təmsil edən 100 nəfərə yaxın qız və
oğlan taekvandoçu qüvvəsini sınayıb.
Komanda hesabında 1-ci yeri Masallı, 2-ci yeri
Lənkəran, 3-cü yeri Lerik rayonunun komandaları tutub.
Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin,
yerli icra orqanlarının və idman ictimaiyyətinin
nümayəndələri iştirak ediblər.
Yarışların qalibləri Təhsil Nazirliyinin diplom və
medalları ilə mükafatlandırılıb.
Hazırladı: Rəşad ZİYADOV,
"Azərbaycan müəllimi"
r.ziyadov@muallim.edu.az |