Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

Sambo üzrə Bakı şəhər açıq turniri

 

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində Sabir Hüseynovun şərəfinə həsr olunmuş sambo üzrə Bakı şəhər açıq turniri keçirilib.

Turnirdə 180 nəfər idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb. Nəticələrə görə 42 kq çəki dərəcəsi üzrə Kənan  Babayev (Neftçi İKİB), 46 kq çəki dərəcəsi üzrə Sübhan İsrafilov  (11 nömrəli UGİM), 50 kq çəki dərəcəsində Kamran Qasımov  (Siyəzən), 55 kq çəki dərəcəsində Böyükağa Şükürov  (Neftçi İKİB), 60 kq çəki dərəcəsində Abdulla Abdullayev  (Neftçi İKİB), 66 kq çəki dərəcəsində Xəyal Məmmədli  (Neftçi İKİB), 72 kq çəki dərəcəsində Əli Nəzərli  (Neftçi İKİB), 78 kq çəki dərəcəsində Xəlil Cəlilzadə (11 nömrəli UGİM) I yerlərə layiq görülüblər.

I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov