Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

Paralimpiyaçılar müxtəlif idman növləri üzrə yarışıblar

 

Böyütmək üçün seçinNaxçıvan şəhərindəki Olimpiya-İdman Kompleksində və Babək Rayon Şahmat Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş paralimpiyaçılar arasında muxtar respublika birinciliyi keçirilib.

İdmanın stolüstü tennis, şahmat, dama və darts növləri üzrə keçirilən birincilik Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublikanın Paralimpiya Federasiyasının təşkilatçılığı ilə reallaşıb.

Olimpiya-İdman Kompleksində təşkil olunan stolüstü tennis və darts idman tədbirində Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Cavid Səfərov çıxış edərək bildirib ki, yarışlarda muxtar respublikanın şəhər və rayonlarından fiziki imkanları məhdud olan 100-ə yaxın uşaq iştirak edir. Yarışların keçirilməsində məqsəd bu kateqoriyadan olan istedadlı, perspektivli idmançıları üzə çıxarmaq və onların daim idmanla məşğul olmalarını təmin etməkdir.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxışında qeyd edib ki, bu gün gənclərin yüksək səviyyədə təhsil almaları, intellektual səviyyələrinin yüksəldilməsi, dünya görüşlərinin artırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə muxtar respublikada gənclik mərkəzləri, kitabxanalar, Olimpiya idman kompleksləri, idman mərkəzləri tikilib və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilib. Bununla yanaşı, fiziki imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası üçün də müəyyən addımlar atılıb.

Sonra yarışlarda ilk üç yeri tutan idmançılara qiymətli hədiyyələr təqdim olunub. Digər yarış iştirakçılarına isə həvəsləndirici mükafatlar verilib.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov