Mayın
6-da Təhsil Nazirliyinin birbaşa tabeliyindəki
İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar təmayüllü
liseydə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci
ildönümünə həsr olunmuş tədbir və "Mən fəxr edirəm ki,
azərbaycanlıyam" mövzusunda viktorina keçirilib.
Dövlət himninin ifası ilə açılan tədbirdə öncə ümummilli
lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə
həsr edilmiş təqdimatın nümayişi olub. Şagirdlərdən
Lamiyə, Şəms, Solmaz, Fidan, Nərmin, Emil və Zərnigar
ulu öndərə həsr olunmuş şeirlər ifa ediblər. Şəms
Məcidli və VI sinif şagirdlərinin təqdim etdikləri "Tarix
baba və nəvələri" səhnəciyi maraqla qarşılanıb.
Sonra viktorina başlayıb. VII-IX sinif şagirdlərinin
iştirak etdikləri viktorina "Zəka", "Sorançı", "Evrika"
komandaları arasında keçirilib. Hər komanda 6 şagirddən
ibarət olub. Komandalar tarixdən müxtəlif səpgili
sualları cavablandırıblar. Cavablar balla
qiymətləndirilib. Yekunda 17 bal toplayan "Sorançı"
komandası I, 14 bal toplayan "Zəka" komandası II yerə
çıxıb. "Evrika" 12 balla üçüncü olub. Sonda liseyin
direktoru, əməkdar müəllim Məhbubə Məmmədova çıxış
edərək tədbiri və viktorinanı yüksək qiymətləndirib,
şagirdləri təbrik edib, yarışmanı hazırlayan liseyin
tarix müəllimi Sevda Yarmetovaya təşəkkürünü bildirib. |