Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

"Kitabi-Dədə Qorqud" dastanına həsr olunmuş tədbir

 

Bakıdakı 160 nömrəli  klassik gimnaziyada "Kitabi-Dədə Qorqud" eposunun tədqiqatına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Təhsil  Nazirliyinin  nümayəndəsi Elnur Əlizadə, Sosialist Əməyi Qəhrəmanı, Səbail rayon Veteranlar Şurasının sədri Ömər Ağayev,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinn baş məsləhətçisi Böyükağa Əhmədov,  Səbail Rayon  İcra Hakimiyyətinin baş məsləhətçisi Şəfayət Həmidov və  digərləri iştirak edib. Tədbiri  gimnaziyanın direktoru, əməkdar müəllim Faina Ələkbərova açaraq qonaqları salamlayıb və tədbirin əhəmiyyətindən söz açıb.

Məktəbin  dil-ədəbiyyat müəllimi Tamilla  Cəlilova "Kitabi-Dədə Qorqud" dastanı haqqında ətraflı məlumat verərək bildirib ki,  bu dastan Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir. Ənənəyə görə "Kitabi-Dədə Qorqud"da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifəti ilə onun yanına göndərildiyini yazıblar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir.

Sonra  şagirdlərdən Fidan Quliyevanın "Dastanda qəhrəmanlıq motivləri", Kəramət Vüsalın "Dastanda vətənpərvərlik",  Mübariz Abdullayevin "Dastanda milli kamillik və mənəviyyat" mövzularında məruzələri dinlənilib.

Məktəblilərin ifasında "Kitabi-Dədə Qorqud"a həsr olunan  şeirlər  dinlənilib,  milli rəqslər  və səhnəciklər təqdim olunub. Maraqlı keçən tədbir qonaqlarda  xoş  ovqat yaradıb.

Sonda "Kitabi-Dədə Qorqud" dastanı barədə videoçarx nümayiş  edilib. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov