Bakıdakı
M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə ümummilli
lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə
həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə
açan məktəbin direktoru Səkinə Məmmədova bu əlamətdar
günün respublikamızın bütün ümumtəhsil məktəblərində
bayram kimi qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib
ki, məhz ulu öndər Heydər Əliyevin böyük diqqət və
qayğısı sayəsində 1999-cu ildən təhsilin bütün
pillələrində həyata keçirilən İslahat Proqramı milli
təhsilimizin dünyanın qabaqcıl ölkələrinin təhsili
səviyyəsinə çatdırılmasına geniş imkanlar yaradıb.
Sonra bayram libasına bürünmüş səhnədə üçüncülərin Gül
bayramına həsr etdikləri şənliyə start verilib.
Üçüncülərin rəngarəng gül və çiçəklərdən
hazırladıqları kompozisiyalar nümayiş olunub. Onların
ifasında "Güllərin əhvalatı" adlanan tamaşa göstərilib.
Şagirdlər 1997-ci ilin ilk dərs günündə ümummilli lider
Heydər Əliyevin məktəbə gəlişini xatırladıblar və
2012-ci il sentyabrın 15-də təhsil aldıqları tam orta
məktəbin əsaslı təmirdən sonra açılışında ölkə
Prezidenti İlham Əliyev cənablarının iştirak etdiyini
hədsiz sevinc hissi ilə vurğulayıblar.
Şagirdlərdən Çinarə, Murad, Nəzrin, Pərvin, Hüseyn,
Xədicə, Xanım, Nihad, Tahir "Heydərçilərik" mahnısını
məharətlə ifa ediblər.
Sonda direktor müavinləri Bəsti Ağayeva, Tahirə
Məmmədbəyova üçüncülərə maraqlı çıxışlarına və
səhnəciklərə, tədbirin ərsəyə gəlməsində əməyi olan
ibtidai sinif müəllimi Ellada Salamovaya isə yüksək
təşkilatçılıq keyfiyyətlərinə görə təşəkkürlərini
bildiriblər.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |