Bakı Modern Məktəbində 7a1 sinif
şagirdi Şəhriyar Əliyevin akademik, görkəmli elm
xadimi Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş
"Ədəbiyyat boyaların dili ilə" fərdi sərgisi nümayiş
olunub. Sərgidə məktəbin şagirdləri və valideynlər
iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd
şagirdləri oxuduqları əsərlərə daha yaradıcı yanaşmağa
və daha çox mütaliə etməyə səsləməkdir. Təlim-tərbiyə
işləri üzrə direktor müavini Mina Əliyeva istedadlı
şagirdləri daha fəal olmağa, öz üzərlərində daha çox
işləməyə çağırıb. Sərginin təşkil olunmasında məktəbin
müəllimləri Aidə Abdurrahmanovanın və Firuzə
Abdullayevanın əməyi yüksək dəyərləndirilib.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |