Bakı şəhəri 173 nömrəli tam orta məktəbdə 9 May - Qələbə
Günü münasibətilə Böyük Vətən müharibəsi iştirakçıları
ilə görüş keçirilib. Görüşü giriş sözü ilə məktəbin
direktoru Atikə Həsənova açıb və faşizm üzərində
qələbənin tarixi barədə ətraflı danışıb. Yasamal Rayon
Veteranlar Şurasının sədri Almaz Qasımova, Böyük Vətən
müharibəsi əlili Bəkir Məmmədov, Dəyanət Nəbiyev,
Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin sədri
Bahar Qasımova, Azərbaycanın Milli Qəhrəmanı Gültəkin
Əsgərovanın anası Rəfiqə Əsgərova, Qarabağ döyüşçüsü,
şair Nürəddin Mirzəxanlı və başqaları çıxış ediblər.
Veteranlar şagirdlər qarşısında keçdikləri döyüş
yollarından danışıb, tarixi qələbənin qazanılmasında
igidlik göstərən Azərbaycanın qəhrəman oğullarından söz
açıblar. Sonda məktəb rəhbərliyi tərəfindən veteranlara
simvolik hədiyyələr verilib.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |