Mayın
4-də Təhsil Nazirliyinin təşəbbüsü ilə "Ankara məktəbi"
məktəb-liseyi və Bakı Avropa Liseyinə mediatur təşkil
olunub.
10-dək KİV təmsilçisinin iştirak etdiyi mediaturda
jurnalistlər ümumtəhsil məktəblərinə təqdim olunan
müasir laboratoriya avadanlıqları ilə tanış olub və bu
avadanlıqların köməyi ilə keçirilən fizika, kimya və
biologiya dərslərini izləyiblər.
Qeyd edək ki, ümumtəhsil məktəblərində mövcud
laboratoriyaların müasirləşdirilməsi məqsədilə Təhsil
Nazirliyi tərəfindən 50 tədris ocağına müxtəlif
avadanlıqlar paylanılıb. Bu məktəblərə 2 ədəd mobil
araba, 16 ədəd "Biochem" və 16 ədəd "Physio"
labdiskləri, 2 ədəd planşet verilib. Bunlardan 31-i Bakı
şəhəri üzrə, 9-u isə Sumqayıt, Abşeron, Göygöl,
Mingəçevir və Gəncə üzrə məktəb və liseylərə paylanıb.
Bununla yanaşı aprel ayının 20-dən etibarən həmin
məktəblərdə biologiya, kimya və fizika fənlərini tədris
edən müəllimlərə yerli təlimçilər tərəfindən 5 günlük
təlimlər təşkil olunub. Təlimlərin may ayının sonunadək
yekunlaşması nəzərdə tutulur.
"BioChem" və "PhysioGuide" adlanan bu cihazların
köməkliyi ilə şagirdlər əldə etdikləri nəzəri bilikləri
real müşahidəyə çevirmək imkanı qazanıblar.
"Edumedia-Azərbaycan" şirkəti bu cihazlardan ən yüksək
səviyyədə istifadəni təmin etmək üçün "Globisens"
şirkətinin yüksək səviyyəli mütəxəssislərini Azərbaycana
dəvət edərək 25 nəfərdən ibarət müəllim heyətinə 3
günlük təlimçi təlimi təşkil edib. Təlimlərdə müəllimlər
həm Labdisc cihazı, həm də proqram təminatı ilə tanış
olub, onlardan istifadə qaydalarını mənimsəyiblər.
Həmçinin müəllimlər bu cihaz və proqram təminatı
vasitəsilə bir sıra təcrübələri həyata keçiriblər.
Jurnalistlər yeni avadanlıqların üstünlüklərini müşahidə
edib və şagirdlərin apardıqları təcrübələri izləyiblər. |