Mönsüm ALIŞOV,
Bakı Pedaqoji Kadrların İxtisasartırma
və Yenidənhazırlanma İnstitutunun
elmi işlər üzrə
prorektoru,
pedaqoji
elmlər
doktoru,
professor
Bu
gün
dünya
iqtisadiyyatı
biliklərə
söykənən
inkişaf
xətti
götürdüyündən
ayrı-ayrı
ölkələrdə
də
məhz
bu
tələblərə
cavab
verən
təhsil
sisteminin
qurulmasını
tələb
edir.
Odur
ki,
yalnız
ölkədaxili
sosial-iqtisadi
tələblərə
cavab
verən
mexanizmlərin
deyil,
bütövlükdə
qlobal
dünyanın
rəqabətinə
cavab
verən
mexanizmlərin
hazırlanması
tələb
olunur.
Bütün
inkişaf
etmiş
ölkələrdə
təhsilin
informasiyalaşdırılması
istiqamətində
sistemli
şəkildə
bir
neçə
mərhələdən
ibarət
islahatlar
aparılır.
İnkişaf
etməkdə
olan ölkələrdə
bu
cür
islahatlar
davam
etdirilir.
2003-cü
ildə
qəbul
edilmiş
"Azərbaycanda
informasiya-kommunikasiya
texnologiyalarının
inkişafı
üzrə
Milli
Strategiya
(2003-2012-ci
illər)"da
Azərbaycan
üçün
İKT-nin
tətbiq
istiqamətləri
içərisində
məhz
təhsil
sahəsi
ən
yüksək
prioritetə
malik
istiqamət
hesab
edilmişdir.
Artıq
Azərbaycanda
təhsilin
modernləşdirilməsi,
təhsildə
informasiya
texnologiyalarının
tətbiqi
istiqamətində
mühüm
addımlar
atılıb.
Təhsil
sahəsində
İKT-dən
düzgün
istifadə
etmək
və
bu
bacarıqların
təkmilləşdirilməsi
yollarının
araşdırılması
olduqca əhəmiyyətli
məsələdir.
Qeyd
edək
ki,
informasiya
və
kommunikasiya
texnologiyaları
(İKT)
biliyinə
mükəmməl
yiyələnməyin
ən
optimal
yolu
məhz
orta
məktəbdən
keçir.
Məktəb
illərində
bu
texnologiyalara
yiyələnmək
informasiya
cəmiyyəti
quruculuğunda
onların
fəal
iştirakını
təmin
etmiş
olur.
İndi
İKT
yalnız
təhsil
prosesini
təmin
edən
üsul
deyil.
İKT
məktəblinin
müstəqil
qavrama
qabiliyyətini
təmin
etmək
üçün
yeni
imkanlar
açır.
Bununla əlaqədar
olaraq
müəllimin
rolu
da
dəyişir:
o,
təhsil
prosesinin
konsultantı,
koordinatoru
olur.
Onun
məqsədi
məktəblilərdə
qərar
qəbuletmə
bacarığını
dəstəkləmək
və
inkişaf
etdirmək,
öyrənilən
mövzuların
məqsədini
anlamaq
və
mühakimə
yürütməkdir.
Bu
yetərincə
çətin
pedaqoji
tapşırıqlardır
-
onların
mənasını
qiymətləndirməmək
olmaz.
Burada
İKT
katalizator
rolunu
oynayır,
onlar
uşaqları
yeni
biliklərə
sövq
etməyə
kömək
edir. Əgər
şagirdə
bu
və
ya
digər
mövzunun
məzmunu
aydındırsa,
onun
sualı
yarana
bilər:
məhz
nə
və
nə üçün
öyrənmək
lazımdır.
Biliyə
həvəsin
kökündə
həyati
maraq
dayanır:
hansı
biliklər
mənə
daha
çox
lazımdır,
hansı
metodların
köməyi
ilə
mən
bu
bilikləri
əldə
edə
bilərəm.
Beləliklə,
İKT
biliyə
can
atmaqla
digər
həyati
vacib
məsələlərin
qərarı
arasında
bənd
rolunu
oynayır.
Şagird
təhsilin
onun
həyatında
hansı
rolu
oynadığını
başa
düşən
kimi,
o,
təhsili
davam
etdirməyə
böyük
həvəs
hiss
edəcək.
Dünyanın
əksər
ölkələrinin
təhsil
sistemində
informasiya
texnologiyalarının
tətbiqi
xeyli
yeniliklərə
yol
açsa
da,
yenə
də
məktəblərin
informatlaşdırılmasında
həlli
çətin
problemlərlə
qarşılaşırıq.
Qeyd
etmək
lazımdır
ki, ölkəmizdə
təhsil
sisteminin İKT
əsasında
təkmilləşdirilməsi
Azərbaycan
Respublikasının
Prezidenti
cənab
İlham
Əliyevin
həmişə
diqqət
mərkəzində
olmuşdur.
"Azərbaycan
Respublikasında
ümumtəhsil
məktəblərinin
informasiya
və
kommunikasiya
texnologiyaları
ilə
təminatı
Proqramı
(2005-2007-ci
illər)",
"2008-2012-ci
illərdə
Azərbaycan
Respublikasında
təhsil
sisteminin
informasiyalaşdırılması
üzrə
Dövlət
Proqramı"
milli
təhsilimizin
informasiyalaşdırılması
yolunda əsas
mərhələləri
təşkil
edir.
Təhsil
Nazirliyi 2010-cu
ili
ölkəmizdə
"Təhsildə
İKT
ili"
elan
etmiş
və
bu
kampaniya
çərçivəsində
konfranslar,
seminarlar,
müxtəlif
stimullaşdırıcı
və
həvəsləndirici
aksiyalar,
müsabiqələr
keçirilmişdir.
Azərbaycan
Respublikası
Prezidentinin
2013-cü
il 24
oktyabr
tarixli
sərəncamı
ilə
təsdiq
edilmiş
"Azərbaycan
Respublikasında
təhsilin
inkişafı
üzrə
Dövlət
Strategiyası"
təhsilin
informatlaşdırılmasını
mühüm
vəzifə
kimi
qarşıya
qoymuşdur.
Bütün
bunlar
dövlətimizin
təhsilin
inkişafına
göstərdiyi
böyük
qayğının
nəticəsidir.
UNESCO
tövsiyələrində
məktəbin
informatlaşdırılmasında
üç
yanaşmanı
irəli
sürür.
"İKT-nin
təhsilə
tətbiqi"
adlanan
birinci
yanaşma
müəllimlərdən
təlim
prosesində
şagirdlərin
İKT
vərdişlərinin
effektivliyinin
artırılmasını
tələb
edir.
"Biliklərin
mənimsənilməsi"
adlı
ikinci
yanaşma,
müəllimlərin
qarşısında
şagirdlərə
təlim
subyektlərinin
dərindən
mənimsənilməsi,
real
aləmdə
rast
gəlinən
məsələlərin
həllində
əldə
olunan
bu
biliklərin
tətbiqi
kimi
tələbləri
qoyur. Üçüncü
yanaşma
"İnformasiya
istehsalı"na
görə
isə
müəllimlər
gələcək
vətəndaşlar
və
işçilər
tərəfindən
cəmiyyətin
ahəngdar
inkişafı
və
çiçəklənməsi
üçün
zəruri
olan
yeni
biliklərin
istehsalına
yardım
etməlidirlər.
İndi
isə
məktəblərdə
informasiya-kommunikasıya
texnologiyalarından
istifadənin
bəzi
məqamlarına
toxunmaq
istərdik.
Yeni
texnologiyalardan
müvəffəqiyyətlə
istifadə
təhsil
prosesini
xeyli
sadələşdirir,
onu
dinamik
və
çevik
edir.
"Müəllim-şagird-dərslik"
tədris
modelinə
kompüterin
də əlavə
edilməsi
tədris
prosesini
individual
proqram üzrə
təşkil
etməyə,
uşağın
dərsə
marağını
və
istəyini
stimullaşdırmağa
imkan
verir.
Kompüterlə
aparılan
dərslər
uşaqlar
üçün
çox
cəlbedici
və
yaddaqalan
olur.
Multimedia
vasitələri,
avtomatlaşdırılmış
öyrədici
sistemlər,
kompüter
tədris
proqramları,
animasiya
qrafikası,
rəngarəng
illüstrasiyalar
şagirdlərin
idrak
aktivliyinə
müsbət
təsir
göstərir
və
olimpiadalarda,
müxtəlif
intellektual
yarışmalarda
göstərdikləri
nəticələrin
keyfiyyətini
xeyli
artırır.
Tədris
prosesində
interaktiv
lövhə
və
virtual
laborator
proqramlarından
istifadə
edilməsi
dərsin
əsas
prinsiplərindən
birini,
onun
əyaniliyini
təmin
edir.
Elektron
lövhənin
sensorlu,
yəni
hissiyyatlı
səthinə
xüsusi
qələmlə
və
ya
barmaqla
yavaşca
toxunmaqla
onun
üzərində
kompüterdə
mümkün
olan
bütün
əməliyyatları
interaktiv
rejimdə
aparmaq
olar.
Elektron
lövhə,
kompüterə
qoşulan
mikroskop,
skaner,
rəqəmli
fotoaparat,
videokamera
və
s.
qurğulardan
alınan
təsvirləri
böyüdülmüş
formada
ekranda
əks
etdirir. Şagirdlər
istənilən
kimyəvi
reaksiyanın,
fiziki,
bioloji,
coğrafi
proseslərin
izahını
virtual
laboratoriya
proqramı
vasitəsi
ilə
izləyə
bilərlər.
Bu
isə
şagirdlərin
nəzəri-metodoloji
biliklərini,
praktiki
bacarıq
və
təcrübələrini
inteqrasiya
etməklə
tədrisi
xeyli
canlandırır,
şagirdlərin
də
yaradıcı
yanaşma,
düşünmə,
təşəbbüskarlıq,
tədris
materialını
dərindən
dərketmə
qabiliyyətini
daha
da
artırır.
İnteraktiv
lövhənin
bir
üstün
cəhəti
də
odur
ki,
onun
üzərində
aparılan
bütün
əməliyyatları
video
formatında
yaddaşında
saxlamaq
və
dəfələrlə
istifadə
etmək
imkanı
yaradır.
Belə
imkanlar
müxtəlif
səbəbdən
dərsləri
buraxan
şagirdlər
və
ya
təlimdən
geri
qalan
uşaqlar
üçün
xüsusi
əhəmiyyətə
malikdir.
Belə
ki,
şagird
iştirak
edə
bilmədiyi,
dərs
prosesində
tam
aydın
olmadıqda
və
ya
təlimdən
geri
qalanlar
həmin
materialı
tam
qavrayana
kimi
təkrar-təkrar
kompüterdə
izləyə
bilərlər.
Elektron
tədrisdə
şagirdlərin
hamısı
lövhəyə
çıxıb
müəllimin
bütün
tapşırıqlarını
yerinə
yetirməkdə
həvəsli
olurlar.
İnteraktiv
rejimdə
keçilən
(tədris
olunan)
dərslər
bütün
şagirdlər,
o
cümlədən
passiv,
utancaq,
müəyyən
fiziki
və
ya
psixoloji
qüsuru
olanların
dərs
prosesinə
aktiv
qoşulmasına
şərait
yaradır.
Bu
gün
bütün
dünyada
məşhur
olan
"Crocodile
Physics"
adlı
proqram
haqqında
məlumat
verilir.
Bu
güclü
virtual
laborator
proqram,
fiziki
hadisələri
modelləşdirməyə,
"Elektrik
və
elektromaqnit",
"Hərəkət
və
güc",
"Dalğavari
hadisələr"
və
"Optika"
mövzuları
üzrə
virtual
sınaqlar
aparmağa
imkan
yaradır.
"Crocodile
Physics"
fizika
dərsini
tədris
edən
müəllimlər
üçün
laboratoriya
təcrübələrini
şagirdlərlə
birgə
aparmaq
olduqca
faydalıdır
və
bu
günün
tələbinə
uyğun
hazır
nümunələrilə
zəngin
proqramdır.
"Crocodile
Physics"
məktəbdə
fizika
dərsini
tədris
edən
müəllimlərin
şagirdlərlə
birgə
bu
günün
tələbinə
uyğun
laboratoriya
təcrübələrini
aparmaq
və
lazım
olan
nəticəni
əldə
etmək
üçün
istifadə
edə
biləcəkləri,
olduqca
faydalı
və
hazır
nümunələrlə
təmin
olunmuş
bir
proqramdır.
"Crocodile
Physics"
elektron
laborator
proqramın
içində
46-dan çox
hazır
təcrübə
nümunələri
vardır
ki,
bu
hazır
gələn
təcrübə
nümunələri
Beynəlxalq
IGCSE,
A-Level
imtahan
tədris
planlarına
uyğundur.
"Crocodile chemistry" proqramı kimya sahəsində istifadə
edilən rahat proqramlardan biridir. Proqram müəllimə
imkan verir ki, dərsin aparılmasında hər bir şagird özü
virtual olaraq hər-hansi bir təcrübəni apararaq tədris
materialını daha ətraflı mənimsəyə bilsin və s.
ChemOffice proqram paketinə ChemDraw, ChemFinder,
Database Subscriptions, Chem3D proqramları daxildir.
Həmin proqramlar müəllimə kimyəvi maddələrin fiziki
xassələrini, fəzada quruluşunu, molekullar arasındakı
bağlılığı əyani surətdə göstərməyə imkan verir.
Əlbəttə, bunlar təhsilin keyfiyyətinə təsir edən
amillərin hamısı deyil. Hazırda bu istiqamətdə yeni,
müasir texnologiyaların yaradılması istiqamətində işlər
davam etməkdədir.
Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolu
bəşəriyyətin gələcəyinə gedən yol kimi dəyərləndirmək
olar. Alimlərin proqnozuna görə, informasiya
cəmiyyətinin tam formalaşdığı mərhələdə insanların əsas
əmək predmeti informasiya, əmək alətləri isə İKT olacaq.
Ona görə də bu gün respublikamızda təhsilin bütün
pillələrində İKT-nin tətbiq və ondan istifadə edilməsi,
eyni zamanda İKT-nin özünün tədris olunması, şagirdlərdə
müstəqil şəkildə informasiya toplamaq, analiz etmək,
ötürmək qabiliyyətinin formalaşdırılması müasir dövrün
tələbidir. Ümid edirik ki, müəllimlərimiz İKT-dən tədris
prosesində səmərəli istifadə etməklə təhsilin inkişafına
böyük töhfə verəcəklər. |