Azərbaycan
Dövlət İqtisad Universitetində Azərbaycan
Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsinin (QKDK) təşkilatçılığı, "Paşa Bank"ın və
"InvestAZ" şirkətinin dəstəyi ilə Kapital Bazarı üzrə
Təlim Mərkəzinin seminarlarında yüksək intellekti ilə
seçilmiş tələbələr arasında müsabiqə keçirilib.
QKDK tərəfindən təşkil edilən tədbir ölkə Prezidentinin
16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş
"2011-2020-ci illərdə Azərbaycan Respublikasında
qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramında
nəzərdə tutulmuş qiymətli kağızlar bazarına dair
məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi
istiqamətində həyata keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru Ədalət Muradov xalqımızın
ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi
gənclər siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev
tərəfindən böyük əzm və qətiyyətlə həyata keçirilməsi
nəticəsində Azərbaycanda yüksək intellektual səviyyəyə,
milli düşüncəyə və vətənpərvərlik ruhuna malik gənclərin
yetişdiyini vurğulayıb.
Daha sonra QKDK aparatının rəhbəri Bəxtiyar Əzizov
tələbələrin elmə və təhsilə olan maraqlarını artırmağa
yönələn belə müsabiqələrin təmsil etdiyi qurum
tərəfindən gələcəkdə də davam etdiriləcəyinə əminliyini
ifadə edib.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |