Mayın 8-də Lənkəran Dövlət Universitetində (LDU)
ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci
ildönümünə həsr edilmiş respublika elmi konfransı
keçirildi.
Konfrans iştirakçıları tədbirdən əvvəl ümummilli lider
Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri
düzdülər.
"Azərbaycanın bölgələrində təhsilin və elmin inkişafı"
mövzusunda keçirilən konfransı universitetin rektoru,
əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq
tədbirin məqsəd və vəzifələrini açıqladı.
Azərbaycan Respublikasının Dövlət himni səsləndi.
Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini
əks etdirən videofilmin nümayişi oldu.
Plenar iclasda universitetin rektoru, professor Asəf
İsgəndərov "Heydər Əliyev siyasətinin uğurlu davamı"
mövzusunda məruzə etdi. Respublikamızın iqtisadi, sosial
və elmi-mədəni sahələrində qazanılan uğurlardan danışan
rektor bütün bu nailiyyətlərin ümummilli lider Heydər
Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu, bu gün
isə dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini bildirdi.
Konfrans "Təbiət elmləri", "Humanitar elmləri", "İqtisadiyyat
və idarəetmə elmləri" bölmələrində davam etdirildi.
Bölmələrdə müxtəlif mövzularda 120-dək məruzə
dinlənildi.
Konfransda Prezident İlham Əliyevin elm və təhsil
sahəsindəki çoxcəhətli və yorulmaz fəaliyyəti yüksək
qiymətləndirildi.
Elmi konfransda respublikanın müxtəlif ali
məktəblərinin, elm və təhsil müəssisələrinin
nümayəndələri iştirak edirdilər.
Hacı
Etibar
ƏHƏDOV,
Lənkəran
Dövlət
Universiteti Mətbuat
xidmətinin
rəhbəri |