Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

"Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda VI Beynəlxalq elmi konfrans

 

Böyütmək üçün seçinMayın 5-də Bakı Slavyan Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda ənənəvi VI Beynəlxalq elmi konfrans  keçirilib.

Konfransın iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Açılış mərasimində BSU-nun rektoru, professor Asif Hacıyev qonaqları salamlayaraq, konfransın ulu öndər Heydər Əliyev irsinin öyrənilməsinə, həmçinin Azərbaycan gerçəkliklərinin dünyaya yayılmasına təkan verəcəyini söyləyib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə keçirilən bu konfransda müxtəlif ölkələrdən olan iştirakçıların birgə işləməsi təkcə Azərbaycanla münasibətlərin inkişafına deyil, qonaqlar arasında da əməkdaşlığın qurulmasına səbəb olacaq. Vurğulanıb ki, ulu öndər  Heydər Əliyev işığı hər zaman bizim ürəyimizdədir və bu ənənəvi beynəlxalq konfrans bunun göstəricisidir.

 Təhsil nazirinin müavini Firudin Qurbanov   konfrans iştirakçılarını təbrik edərək qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ən böyük xidməti azərbaycançılıq məfkurəsinin yayılmasında, milli özünüdərkin inkişafında gördüyü işlərlə bağlıdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu Prezident İlham Əliyev uğurla davam etdirərək ölkəmizin dünya birliyində layiqli yerini tutmasında mühüm addımlar atır. Nazir müavini bildirib ki, BSU-nun təşəbbüsü ilə bir çox xarici universitetlərdə Azərbaycan Dili və Mədəniyəti Mərkəzləri fəaliyyət göstərir. Bakı Slavyan Universiteti Azərbaycanın dünyada  tanıdılması, azərbaycançılığın təbliği istiqamətində mühüm addımlar atır və bu beynəlxalq konfrans bunun sübutudur.

Azərbaycan Respublikasının İnsan Hüquqları  üzrə Müvəkkili Elmira Süleymanova çıxış edərək deyib ki, ölkəmiz təcavüzə məruz qalsa da, yüksək inkişaf yolundadır: "Azərbaycanın bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə inkişafı da insan hüquqlarının yüksək səviyyədə qorunmasına böyük dəstəkdir. Ölkəmiz tolerant dəyərlərə sadiqliyi ilə seçilir, çünki azərbaycançılıq məfkurəsi millətçiliyə  yox, beynəlmiləllik, sülh və tərəfdaşlığa yönəlmiş məfkurədir".

 383 yerli və xarici alimin tezislərinin qəbul olunduğu konfransda 20 ölkədən (Rusiya, Belarus, Bolqarıstan, Polşa, Almaniya, Türkiyə, Gürcüstan, Böyük Britaniya, Litva, İtaliya, Qırğızıstan, Çexiya, ABŞ, İsrail, İsveç, Misir, İran, Qazaxıstan, Niderland) 60 qonaq iştirak edib. Eləcə də konfransa Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondundan, AMEA-nın elmi-tədqiqat institutlarından, Bakı Dövlət Universiteti,  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialından və başqa  ali məktəblərdən olan nümayəndələr qatılıb.

Azərbaycan alimləri  ilə bərabər  xarici alimlərin də çıxışları dinlənilib. Sonra  konfransın işi 7 bölmədə davam etdirilib. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov