*
İlk Avropa Oyunlarının keçirilməsi haqqında qərar
2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitələrinin
41-ci Baş Assambleyasında verilib. 49 Milli Olimpiya
Komitəsinin iştirak etdiyi Baş Assambleyada İlk Avropa
Oyunlarının 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı
şəhərində keçirilməsi qərara alınıb.
* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
cənablarının "I Avropa Oyunlarının 2015-ci ildə Bakı
şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin
yaradılması haqqında" 17 yanvar 2013-cü il tarixli
sərəncamına əsasən Heydər Əliyev Fondunun prezidenti,
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə
Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban
Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb.
* İyunun 12-dən 28-dək keçiriləcək "Bakı-2015" Birinci
Avropa Oyunlarında 50 Avropa ölkəsindən 6000-dən çox
idmançı mübarizə aparacaq.
* İlk Avropa Oyunları 16-sı olimpiya və 4-ü
qeyri-olimpiya olmaqla cəmi 20 idman növü üzrə
keçiriləcək.
* İdmançılar 253 medal uğrunda mübarizə aparacaqlar.
* "Bakı-2015" İlk Avropa Oyunlarının məşəli aprelin
26-da Bakıdakı Atəşgahda yandırılıb.
* I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək
idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində
fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin
yetirmələri və həmin məktəblərdə çalışan
məşqçi-müəllimlərdir. Onlar 7 idman növü üzrə (atletika,
akrobatika gimnastikası, badminton, qılıncoynatma,
sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə
aparacaqlar. |