Naxçıvan
Dövlət Universitetində YAP Universitet şəhərciyi ərazi
ilk təşkilatının təşəbbüsü ilə ümummilli lider Heydər
Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş
elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru,
AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov dünya şöhrətli
siyasətçi, müstəqil Azərbaycan dövlətinin xilaskarı və
qurucusu ümummilli lider Heydər Əliyevin keçdiyi böyük
şərəfli tarixi yola nəzər salıb. Dahi şəxsiyyət Heydər
Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna
yeri və rolundan bəhs edib.
Konfransda sosial idarəetmə və hüquq fakültəsinin
dekanı, dosent Qərib Allahverdiyevin "Böyük tarixi
şəxsiyyət", hüquqşünaslıq ixtisası üzrə II kurs
tələbəsi, Prezident təqaüdçüsü Surə Qurbanovanın "Heydər
Əliyev və Azərbaycan gənclərinin təhsil məsələləri"
mövzularında məruzələri dinlənilib.
Konfrans çərçivəsində ümummilli lider Heydər Əliyevin
zəngin həyat və fəaliyyətini əks etdirən slaydlar
nümayiş olunub.
Mina QASIMOVA |