Mayın
6-da Bakı Dövlət Universitetində ümummilli lider Heydər
Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş
tədbir keçirilib. Tədbiri giriş sözü ilə universitetin
rektoru, akademik Abel Məhərrəmov açıb və ulu öndərin
vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs
edib. Rektor deyib ki, böyük rəhbərin milli mənafeləri
əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf
strategiyası son illərdə müstəqil Azərbaycanın ictimai
həyatının bütün sahələrində əldə etdiyi möhtəşəm
nailiyyətlərə zəmin yaradıb, onu regionun qüdrətli,
sayılıb-seçilən dövlətinə çevirib. Respublikada
demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğu sahəsində qazanılan böyük nailiyyətlər də
məhz ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış
möhkəm təmələ əsaslanır. Heydər Əliyev ideyalarını hər
sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən
Prezident İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasətin
qayəsində xalqın milli-mənəvi, mədəni və
elmi-intellektual potensialının gücləndirilməsi məqsədi
ön planda dayanır.
Sonra Baş nazirin müavini Əli Əhmədov ümummilli lider
Heydər Əliyevin Azərbaycan quruculuğu, daxili və xarici
siyasət istiqamətindəki fəaliyyəti ilə bağlı məruzə
edib. Bildirib ki, Heydər Əliyev haqqında deyilən hər
bir söz onun fəaliyyətinin dəyərləndirilməsi ilə yanaşı,
gələcək nəsillər üçün Azərbaycanın inkişafına xidmət
edən fəaliyyətin tarixə çevrilməsinə verilən qiymətdir.
Azərbaycan ötən dövrdə bütün sahələrdə dinamik inkişaf
yolu keçib, iqtisadi sahədə modernləşmə mərhələsinə
gəlib çıxıb, keyfiyyətcə cəmiyyətin normal inkişaf
ahəngini təmin edən çoxşaxəli siyasi və hüquqi
islahatları inamla gerçəkləşdirilib. Ən əsası, dövlət
müstəqilliyi qorunub saxlanılaraq möhkəmləndirilib.
Tədbirdə akademik Vasim Məmmədəliyev və professor Abuzər
Xələfov ulu öndərlə bağlı xatirələrini bölüşüblər.
Mətbuat və informasiya şöbəsi |