Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

Təhsil naziri II Dünya müharibəsində iştirak etmiş veteranlarla görüşüb

 

Böyütmək üçün seçinMayın 7-də təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə alman faşizmi üzərində qələbənin 70 illiyi ilə bağlı II Dünya müharibəsində iştirak etmiş veteranlarla görüşüb.

Görüşdə ölkəmizin müxtəlif orta və ali təhsil müəssisələrində, elm ocaqlarında çalışmış müharibə veteranları iştirak ediblər.

Veteranları qarşıdan gələn 9 may - Qələbə Günü münasibətilə təbrik edən nazir 1941-1945-ci illər müharibəsində qələbənin qazanılmasında bu insanların rolunu vurğulayıb. Müharibə veteranlarının pedaqoji fəaliyyətlərindən söz açan Mikayıl Cabbarov onların Azərbaycan elminə və təhsilinə verdiyi töhfələri yüksək dəyərləndirib.

Nazir II Dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın rolunu xatırladıb, xalqımızın həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıqlar göstərdiyini söyləyib. Qələbənin qazanılmasında Bakı neftinin əhəmiyyətinə toxunan təhsil naziri Azərbaycan neftçilərinin fədakar əməyinin yüksək ehtirama layiq olduğunu bildirib.

Prezident İlham Əliyevin müharibə veteranlarına böyük diqqət və qayğı ilə yanaşdığını xüsusi vurğulayan Mikayıl Cabbarov qeyd edib ki, təhsil müəssisələrində Qələbə Günü və bu tarixi hadisə haqqında məlumatların gənc nəslə çatdırılması ilə bağlı silsilə tədbirlər həyata keçirilir.

Çətin və şərəfli döyüş yollarından, dinc dövrdə pedaqoji fəaliyyətlərindən bəhs edən veteranlar müstəqil Azərbaycanın inkişafından məmnunluqla söhbət açıblar. Onlar təhsil sahəsində həyata keçirilən islahatların əhəmiyyətinə toxunub, müasir dövrdə elm və təhsilə yetirilən diqqətin vacibliyini nəzərə çatdırıblar.

Sonda müharibə veteranlarına xatirə hədiyyələri təqdim olunub.  

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov