Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar
xətt" xidməti, telefon: 146), Kommutator xidmətinə daxil
olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində
2015-ci ilin aprel ayında vətəndaşlara göstərilən
xidmətlərlə bağlı statistika açıqlanıb.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 7427 zəng
(2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9 dəfə çox,
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox) və
Kommutator xidmətinə 3300-ə yaxın zəng daxil olub.
Vətəndaşların Qəbulu Mərkəzində isə 4279 vətəndaşa
xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu
Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu
xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və
operativ həll olunub. 524 vətəndaş sorğularına uyğun
olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq
məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu
Mərkəzində 1267 sənəd (442 ərizə, 713 məktub, 112 digər
sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin
(diplomların) tanınması, ümumtəhsil məktəblərinin I
siniflərinə qəbul, ümumtəhsil müəssisələrində
şagirdlərin yerdəyişməsi, tələbələrin ali təhsil
müəssisələrinə bərpası və köçürülməsi, müəllimlərin işə
qəbulu ilə bağlı məsələlər əksini tapıb.
Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində
ən çox həftənin çərşənbə (1664 zəng) və cümə axşamı
(1637 zəng) günləri, əsasən, saat 10:30-dan 12:00-dək və
14:00-dan 15:30-dək müraciət olunub. Vətəndaşların
Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə (962
müraciət) və çərşənbə axşamı (853 müraciət) günləri,
əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək
müraciət edilib.
www.edu.gov.az |