Təhsil naziri Mikayıl Cabbarov 12 may 2015-ci il
tarixində saat 11:00-da Ağsu şəhərindəki Uşaq
Yaradıcılıq Mərkəzində mərkəzi icra hakimiyyəti
orqanları rəhbərlərinin 2015-ci ilin may ayında şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq,
Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarında yaşayan
vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 6, 7 və 8 may 2015-ci
il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat
Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt"
xidməti) və ya
www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul
elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə
bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki,
qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən
ərizə ilə müraciət etsinlər. |