"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun
1-ci maddəsinin 1.0.39-cu bəndinə uyğun olaraq, ümumi
təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil
səviyyələrinin vaxtından əvvəl bitirilməsi qaydalarını
tənzimləmək məqsədilə "Azərbaycan Respublikasının Təhsil
Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər
tutaraq
ƏMR EDİRƏM:
1.
"Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta
təhsil səviyyələrinin eksternat təhsilalma formasında
vaxtından əvvəl bitirilməsi Qaydaları" təsdiq edilsin
(əlavə olunur).
2.
İnformasiya şöbəsinə (E.Əliyev) tapşırılsın ki, bu əmrin
əlavəsi ilə birlikdə Nazirliyin internet saytında
yerləşdirilməsini, "Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını, həmçinin çoxaldılaraq yerlərə çatdırılmasını
təmin etsin.
3.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova
həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
1 may 2015-ci il
Əlavə:
Ümumi
təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil
səviyyələrinin eksternat təhsilalma formasında vaxtından
əvvəl bitirilməsi Qaydaları |