Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

"Ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin müəyyənləşdirilməsi Qaydası"nın təsdiqi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"nın 2.3-cü bəndinə uyğun olaraq, ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə  xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin müəyyənləşdirilməsi prosesini tənzimləmək məqsədilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 8.26-cı və13.5-ci bəndlərini rəhbər tutaraq    

ƏMR EDİRƏM: 

1. "Ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin müəyyənləşdirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. İnformasiya şöbəsinə (E.Əliyev) tapşırılsın ki, bu əmrin əlavəsi ilə birlikdə Nazirliyin internet saytında yerləşdirilməsini, "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını, həmçinin çoxaldılaraq Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına  çatdırılmasını təmin etsin.

3. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
1 may 2015-ci il


Əlavə:

Ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin müəyyənləşdirilməsi Qaydası

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov