"Fateh" idman klubunun Nəsimi rayonu üzrə uşaq və
yeniyetmələrdən ibarət taekvando komandasının kəmər
imtahanı keçirilib. Klubun baş məşqçisi Elməddin Vəliyev
və komandanın müəllimi Amid Vəliyevin rəhbərliyi ilə
keçirilən imtahanı uğurla başa vuran idmançılara
sertifikat və kəmər vəsiqələri təqdim olunub.
Qeyd edək ki, idmançılar 3-4 aydan bir kəmər imtahanı
verərək hər dəfə bir rəngdə kəmər və hər ara mərhələdə
növbəti kəmər rəngdə xətt alırlar.
Kəmərlər sarı kəmər-yaşıl xətt, yaşıl kəmər-göy xətt,
göy kəmər-qırmızı xətt, qırmızı kəmər-qara xətt və sonda
qara kəmər - 1-ci dan üzrə dəyişir.
Onu da bildirək ki, "Fateh" idman klubunun taekvando
dərnəyi 2013-cü ildən fəaliyyətə başlayıb. Klubun "Memar
Əcəmi", "Neftçilər", "Biləcəri", "Xırdalan", "Binəqədi",
"Günəşli", "Pirşağı", "Kürdəxanı"" komandaları fəaliyyət
göstərir. Klubun üzvləri respublika və bir sıra
beynəlxalq yarışlarda ölkəmizi və klubu təmsil edərək
uğurlara imza atıblar.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |