Bakıdakı
A.Abdullayev adına 211 nömrəli tam orta məktəbdə müasir
Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci
ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə
məktəbin müəllim-şagird kollektivi ilə birgə Nəsimi
Rayon İcra Hakimiyyətindən, Təhsil Nazirliyi Estetik
Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzindən
nümayəndələr, məktəb direktorları, KİV təmsilçiləri,
valideynlər və digər şəxslər iştirak ediblər.
Azərbaycanın Dövlət himni səsləndikdən sonra
iştirakçılar ulu öndər Heydər Əliyevin əziz xatirəsini
bir dəqiqəlik sükutla yad ediblər.
Qonaqlar əvvəlcə məktəbin şagirdlərinin əl işlərindən
ibarət sərgi ilə tanış olublar. Akt zalında davam edən
tədbiri açıq elan edən təhsil ocağının direktoru Vaqif
Babayev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının
müasir inkişaf tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı
ilə sıx bağlıdır. Müstəqilliyimizin qorunub
saxlanmasında böyük xidmətləri olan ulu öndər Heydər
Əliyev müasir Azərbaycanın yaradıcısı kimi tarixə düşüb.
Ulu öndərin yeritdiyi müdrik daxili və xarici siyasət
bugünkü uğurlarımızın əsasını təşkil edir. Heydər
Əliyevin adı və əməlləri daim yaşayacaq.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti
başçısının müavini Gülarə Verdiyeva Heydər Əliyevin
nəsillərə nümunə olan zəngin və mənalı həyat yolu barədə
danışıb, onun çoxsahəli fəaliyyətinin önəmli məqamlarına
toxunub
Tədbirin aparıcıları ulu öndərin Vətən və xalq naminə
gördüyü nəhəng işləri vurğulayıb, bu fenomenal
şəxsiyyətin şərəfli ömrünün və dövlət quruculuğu
sahəsində titanik fəaliyyətinin indiki və gələcək
nəsillərə nümunə olduğunu, işıqlı xatirəsinin xalqımızın
yaddaşında əbədi yaşayacağını söyləyiblər.
Rəşad ZİYADOV |