Azərbaycan
Respublikasının Təhsil Problemləri İnstitutunda (ARTPİ)
ümummilli lider Heydər Əliyevin anadan olmasının
92-ci ildönümünə həsr olunmuş "Şəxsiyyətyönlü məktəb
dərsliklərinin hazırlanması" mövzusunda növbəti pedaqoji
innovasiyalar seminarı keçirilmişdir.
Seminarı giriş sözü ilə açan TPİ-nin direktoru, hüquq
üzrə fəlsəfə doktoru Qulu Novruzov müasir Azərbaycanın
qurucusu və banisi ümummilli lider Heydər Əliyevin
ölkəmizin dünya aləmində layiqli yer tutması
istiqamətində gördüyü unudulmaz inkişafyönlü fəaliyyəti
barədə geniş məlumat verdi. Direktor ulu öndər Heydər
Əliyevin siyasi kursunun Prezident İlham Əliyevin
rəhbərliyi altında uğurla davam etdirildiyini
vurğuladı. Bildirdi ki, Heydər Əliyev kursu ölkə
iqtisadiyyatının bütün sahələrində olduğu kimi, elm və
təhsil sahələrində də inkişafa güclü təkan verir.
Nəticədə bu gün elm adamlarının sayının artması ilə
bərabər, həmyerlilərimizin tədqiqat işləri və elmi
yazıları bütün dünyaya yayılır. Bütün sahələrdə olduğu
kimi, Azərbaycanın təhsil işçiləri, gənc tədqiqatçıları
və alimləri nüfuzlu beynəlxalq tədbirlərdə,
konfranslarda yüksək kürsülərə dəvətlər alırlar, orada
Azərbaycanı layiqincə təmsil edirlər.
TPİ-nin şöbə müdiri, pedaqogika üzrə fəlsəfə doktoru,
dosent Asif Hacıyev "Şəxsiyyətyönlü məktəb
dərsliklərinin hazırlanması" mövzusunda təqdimatla çıxış
etdi.
Seminarda TPİ-nın direktor müavinləri, elmi
məsləhətçilər, şöbə müdirləri, institutun əməkdaşları,
məktəb müəllimləri, dərslik müəllifləri, digər maraqlı
tərəflər iştirak edirdilər.
TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi |