Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

"Heydər Əliyev və müasir Azərbaycanın aqrar siyasəti" mövzusunda konfrans

 

Böyütmək üçün seçin Aprelin 30-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan "Heydər Əliyev və müasir Azərbaycanın aqrar siyasəti" mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbir Fəxri xiyabanı ziyarətlə başlayıb. Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər qoyulub.

Tədbiri giriş sözü ilə açan ADİU-nun rektoru, professor Ədalət Muradov ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə aqrar sahəni iqtisadiyyatın prioritet istiqaməti kimi qiymətləndirdiyini, bu sahəyə xüsusi diqqət ayırdığını bildirib.

Konfransda Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov da iştirak edib.

Tədbirdə rektor, professor Ə.Muradov "Kənd təsərrüfatı ili" çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə ADİU-nun qida məhsulları texnologiyası və ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası kafedraları nəzdində laboratoriyaların yaradılmasını təklif edib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına üzv olan ADİU-nun müəllim və tələbələrinə üzvlük bileti təqdim olunub. 

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov