Mayın 9-da Təhsil Nazirliyi tabeliyindəki təhsil
müəssisələrində iməcilik keçiriləcək.
Təhsil naziri Mikayıl Cabbarov faşizm üzərində qələbənin
70 illiyi və müstəqil Azərbaycanın qurucusu, ulu öndər
Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə
əlaqədar təhsil müəssisələrində iməcilik keçirilməsi
məqsədilə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə),
Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil
müəssisələrinə ünvanlanmış telefonoqramma imzalayıb.
Müəllim, şagird və texniki işçilərin iştirakı ilə
keçiriləcək iməciliklərdə təhsil müəssisələri
ərazisində, tədris ocaqları daxilində abadlıq, yaşıllıq,
təmizlik işlərinin görülməsi nəzərdə tutulub. |