Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

"Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu"

 

"Naxçıvan" Universitetində ümummilli liderin anadan olmasının 92-ci ildönümü münasibətilə "Heydər Əliyev lektoriyası"nın növbəti məşğələsi keçirilib. Məşğələni giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq ümummilli liderimiz Heydər Əliyevin parlaq həyat yolundan, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi və dünyada nüfuzunun artması istiqamətində gördüyü nəhəng işlərdən danışıb.

Universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu" mövzusunda məruzə edib.  Bildirilib ki, dünyada elə şəxsiyyətlər var ki, bəşəriyyət onların yoxluğunu min illər sonra belə hiss edərək xatirələrini və işıqlı əməllərini yaşatmağa çalışır. Bu baxımdan dünyanın ən görkəmli tarixi simaları sırasında özünəməxsus yer tutan ulu öndər Heydər Əliyev fenomenal bir siyasətçi kimi tanınmış, milyonların  rəğbətini qazanmışdır. Onun zəngin, mənalı həyat və fəaliyyətinin hər anı və istiqaməti vətənə, xalqa misilsiz xidmət nümunəsi kimi tariximizə qızıl hərflərlə yazılmışdır. Azərbaycan tarixinin 40 illik dövrü bilavasitə bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Bu mərhələdəki bütün uğurlarımızın, siyasi-iqtisadi, sosial-mədəni tərəqqimizin rəhbəri, təminatçısı odur, vətənin və xalqın yüksəlişi naminə daim fədakarlıqla çalışan, ən çətin problemləri yoluna qoyan, haqq-ədaləti bərpa edən, adı milyonların qəlbinə əbədilik yazılan Heydər Əliyevdir.

Vurğulanıb ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.

O da vurğulanmışdır ki, Heydər Əliyev Tanrının xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir.

Sonda ulu öndərin həyat və fəaliyyətini əks etdirən slayd nümayiş etdirilib. 

"Naxçıvan" Universitetinin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov