Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

"Təhsil bilikdir, təhsil gələcəkdir, bizim üçün təhsil müasirləşmə deməkdir"

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Üçüncü Qlobal Bakı Forumunun rəsmi açılışındakı nitqindən

"Yekunda bizim üçün prioritet olan məsələ ilə bağlı bir neçə söz demək istərdim, bu da təhsildir. Təhsil bilikdir, təhsil gələcəkdir, bizim üçün təhsil müasirləşmə deməkdir. Bizim bəxtimiz gətirib ki, Azərbaycanda savadlılığın səviyyəsi 100 faizə bərabərdir. Hökumətimiz ildə 40 milyon avroya yaxın vəsait xərcləyir ki, bizim gənclər dünyanın aparıcı universitetlərində təhsil alsınlar. Təhsil həm də, radikallaşmadan müdafiədir. Bu da bu regionda yerləşən ölkə üçün çox vacibdir. Radikallaşmadan müdafiə, əlbəttə ki, cəmiyyətdə sabitlik və ədalət, habelə onun iqtisadi inkişafı, yoxsulluğun və işsizliyin aradan qaldırılması deməkdir. Çünki radikallar yoxsulluq, işsizlik, sosial və siyasi ədalətsizlikdən istifadə edirlər. Radikallar bu vasitələrdən istifadə edərək gənclərin beyinlərini korlayırlar və özlərinin məqsədlərinə nail olmaq üçün onları öz sıralarına cəlb edirlər.  Bu səbəbdən bizim üçün təhsil radikallaşmadan müdafiə, müasirləşmə və inkişaf deməkdir. Biz Azərbaycanı məhz belə görmək istəyirik və Azərbaycanın hansı şəkildə inkişaf etməli olması ilə bağlı cəmiyyətimizdə tam konsensus var. Bizim inkişaf yolumuz azadlıq, demokratiya, iqtisadi və sosial tərəqqi, bütün tərəfdaşlarımızla yaxşı münasibətlər yoludur ki, müstəqilliyimizi gücləndirək və seçimimizi qoruya bilək".

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov