"Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 aprel
2015-ci il tarixli, 1132 nömrəli Sərəncamının icrasını
təmin etmək məqsədilə və "Azərbaycan Respublikası Təhsil
Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər
tutaraq
ƏMR EDİRƏM:
1. "Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin
keçirilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2 aprel 2015-ci il tarixli, 1132 nömrəli
Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası
Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin
(əlavə olunur).
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər)
təhsil şöbələri, ali, orta ixtisas və ümumi təhsil
müəssisələrinin rəhbərləri:
2.1.Cəmşid Naxçıvanskinin 120 illik yubileyi ilə bağlı
təsdiq olunmuş Tədbirlər Planının yerinə yetirilməsini
təmin etsinlər.
2.2. Görülmüş işlər barədə 15 dekabr 2015-ci ilədək
Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə
birlikdə "Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını, əmr və Tədbirlər Planının çoxaldılıb yerlərə
göndərilməsini və Nazirliyin internet səhifəsində
yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət İnformasiya şöbəsinə
(E.Əliyev) həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
24 aprel 2015-ci il
Əlavə:
“Cəmşid Naxçivanskinin 120 illik yubileyinin keçirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 aprel
2015-ci il tarixli, 1132 nömrəli Sərəncamının icrası ilə
əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin
Tədbirlər Planı |