Aprelin
25-də Fransa Respublikasının Prezidenti Fransua Olland
ölkəmizdə işgüzar səfərdə olub.
Elə həmin gün Prezident İlham Əliyevin və Prezident
Fransua Ollandın iştirakı ilə "Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə Fransa
Respublikasının Milli Təhsil, Ali Təhsil və Tədqiqat
Nazirliyi arasında Azərbaycan-Fransız Universitetinə
dair Niyyət Məktubu" imzalanıb.
Sənədi Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və
Fransanın ölkəmizdəki səfiri Paskal Mönye imzalayıblar.
www.president.az
|